Icma.az
close
up
RU
Ermənistan seçim qarşısında: Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi?

Ermənistan seçim qarşısında: Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi Birliyi xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Yəqin ki, bu, təəssüflər olsun, Ermənistan əhalisi üçün də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq”. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində belə deyib.“Söhbət Rusiyanın və ya kiminsə bizim çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı kənarlaşdırmaq və ya ona zərər vurmaq istəyindən getmir. Ötən il bizim ticarət dövriyyəmiz əhəmiyyətli artım nümayiş etdirərək təqribən 12 milyard ABŞ dolları təşkil edib.

Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır. Bizi Gürcüstanla olduğu kimi, çoxəsrlik ümumi tarix, Böyük Vətən müharibəsindəki ümumi qələbə, ümid edirəm ki, mayın 9-da birgə qeyd edəcəyimiz 80 illik yubiley bağlayır.Məsələ burasındadır ki, Avropa İttifaqına və Avrasiya İqtisadi Birliyinə eyni vaxtda üzvlük mümkün deyil. Çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var. Bunlar mahiyyətcə fərqli iqtisadi bloklardır.

Buna uyğun olaraq, erməni həmkarlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətə yönəldiklərini müəyyənləşdirməli olacaqlar:

Avropa İttifaqına inteqrasiya, yoxsa AİB vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi.Bu iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir. Bu, ilk növbədə, Ermənistanın ümumi daxili məhsulunun artımı üçün çox mühüm rəqəmlərdə ifadə olunur. Son bir ildə bu, təxminən 6 faiz təşkil edib.Digər tərəfdən, indiki mərhələdə Avropa İttifaqı Ermənistan və digər ölkələr üçün nədir? Bu, giriş üçün “dumanlı” perspektivləri olan tələblər və meyarlar toplusudur.

Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın AİB xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq.Bu, yəqin ki, Ermənistan əhalisi üçün də kifayət qədər ağrılı proses olacaq. Ölkə rəhbərliyinin AİB-dən çıxmaqla nələri itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən əslində, nə qazana biləcəyini öz əhalisinə izah edəcəyini məntiqi baxımdan, güman etmək mümkündür.

Bunlar hamısı əsasən iqtisadi əməkdaşlıqda real olmayan efemer ideologiyalardır. Hətta bu gün Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır. Hələ onu demirik ki, Aİ Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır.

Bu, Ukraynadakı böhranın siyasi və diplomatik yolla həllinə, sülhə  nail olmağa yönəlmiş istənilən fəaliyyətin qarşısını almaq üçün Rusiyanı strateji cəhətdən məğlub etməyə və ölkəmizi zəiflətməyə, Rusiya ilə onun MDB, Aİİ və KTMT-dəki strateji tərəfdaşları və müttəfiqləri arasında münasibətlərdə gərginlik yaratmaq cəhdlərinə yönəlmiş zəhlətökən, manyak bir istəkdən ibarətdir. Rəsmi İrəvanda ümid edirəm ki, onlar bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. Həlıkik  Ermənistan Avrasiya İqtisadi Birliyinin heç bir strukturundan çıxmayıb”, - deyə Qaluzin bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri