Icma.az
close
up
RU
Avropa İttifaqında ötən il baş verən aviaqəzalar nəticəsində 91 həlak olub

Avropa İttifaqında ötən il baş verən aviaqəzalar nəticəsində 91 həlak olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 15 oktyabr, AZƏRTAC

Avropa İttifaqında (Aİ) qeydiyyatdan keçmiş təyyarələrin iştirakı ilə ötən il baş verən hava qəzaları nəticəsində ümumilikdə 91 nəfər həlak olub. Bu, 2023-cü illə (121 nəfər) müqayisədə 30 nəfər azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.

Ən çox ölüm hadisəsi təyyarələrlə bağlı qəzalar zamanı (74 nəfər) qeydə alınıb. Onları planerlər (10 nəfər), helikopterlər (6 nəfər) və hava şarları (1 nəfər) ilə baş verən qəzalar izləyib. Son iki ildə pilotsuz uçuş aparatları (dronlar) ilə bağlı ölüm və ya xəsarət hadisəsi qeydə alınmayıb.

Ticarət məqsədi daşımayan uçuşlar (biznes, nümayiş, uçuş təlimi və ya köçürmə uçuşları) bütün ölüm hallarının 91,2 faizini təşkil edib. Bu statistika üzrə xüsusi əməliyyatlar (kənd təsərrüfatı, hava reklamı və ya fotoqrafiya uçuşları kimi) 5,5 faiz, kommersiya hava nəqliyyatı isə 3,3 faiz paya malik olub.

Aİ-də qeydiyyatdan keçmiş təyyarələrin iştirakı ilə baş verən qəzalar nəticəsində isə ötən il 214 nəfər ağır və ya yüngül xəsarət alıb. Bu göstərici 2023-cü ildə 229 nəfər olub. Xəsarətlərin təxminən 60 faizi (129 nəfər) təyyarə qəzaları nəticəsində baş verib. Planerlərlə baş verən qəzalarda 41 nəfər, helikopter və hava şarlarında baş verən hadisələrdə isə müvafiq olaraq 24 və 20 nəfər xəsarət alıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri