Icma.az
close
up
RU
Avropa İttifaqının kəşfiyyatçıları Bakıda necə ifşa olundu növbəti addımların anonsu

Avropa İttifaqının kəşfiyyatçıları Bakıda necə ifşa olundu növbəti addımların anonsu

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanın başkəndi növbəti böyük tədbirə evsahibliyi edir.  XII Qlobal Bakı Forumunda dövlətimizin və xalqımızın maraqlarını ifadə edən bəyanatlar verilir, bölgəni təhdid edən çevrələrə xəbərdarlıqlar ünvanlanır, rifah və daimi sülh üçün yol xəritəsi nişan verilir. Əvvəlki forumların bəzilərində davamlı şəkildə iştirak etmişəm. O zaman Qarabağ işğaldaydı və beynəlxalq status almış bu Forum həqiqətlərimizin yayılması baxımından çox önəmli platforma idi. İndi torpaqlarımız azaddır, amma hələ də yerində olmayanlar, cızığından çıxa(arıla)nlar var və deməli, deyiləsi sözlər də var.

Son zamanlar Ermənistanın növbəti təhlükəli oyunlara başlaması və hətta yeni müharibə tədarükü görməsinin qarışlığında Azərbaycan rəhbərliyinin 13 mart xəbərdarlıqları həm İrəvandakıların, həm şərti sərhədlərimiz boyunca – başqa söz yazmağa tərbiyəmiz imkan vermir – əllərində binokl hərlənənlərin, həm də Ermənistan rəhbərliyinin boynuna çatı salıb, sürüyənlərin qulaqlarında sırğa olmalıdır! 30 il ərzində Azərbaycanın sülhə yönəlik çağırışlarını qulaqardına vuranlar, hətta yeni ərazi eşqinə düşənlər ağıllı davranmadılar, onları normal mövqe sərgiləməyə imkan vermədilər və məsələləri Dəmir Yumruq həll etdi.

Görünür dərs olmayıb, yenidən baş qaldırırlar. Bu dəfə Azərbaycan dövlətinin irəli sürdüyü şərtləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırmağa çalışırlar. Üstəlik, fürsət düşən kimi hərbi təxribat törədirlər, necə ki, ötən həftə Gorus istiqamətində silahlar işə düşdü. Nədənsə Avropa İttifaqının binoklluları “yatan vaxta” düşdü erməni təxribatçıların tətiyi çəkməsi, bu barədə nə danışdılar, nə danışdılar. Amma Azərbaycan Prezidenti İlham Əliyev onların iç üzünü növbəti dəfə açdı, özü də Bakı Forumunda.
Sitat: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”. Bu, artıq tam ifşa çıxışıdır, Avropa İttifaqını rəzil edən faktdır. Bu, Azərbaycan dövləti səviyyəsində verilən qiymətdir. Beynəlxalq hüquq adına ləkə gətirənlərin fiaskosudur. Azərbaycan Prezdenti heç zaman təsadüfən söz demir, özü də beynəlxalq tədbirdə, bütün dünyanın gözü qarşısında! Yəni özünüzə nə bərli-bəzəkli ad qoyursunuz-qoyun, xeyri yoxdur, sizin dabbaqda gönünüzə bələdik. Prezident onluğa vurub: “Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır”.

Bəli, Brüsselin yarımsilahlıları mülki missiya deyil, kəşfiyyatçı dəstələrdir. Onların bu faktın qarşılığında əks arqumentləri yoxdur. Varsa, sübut eləsinlər ki, belə deyil. Dünyadakı 200-ədək dövlətin başqa hansında eyni statuslu, eyni məqsədli missiya var? Heç Ukraynanın özündə belə bənzər fəaliyyəti mövcud deyil Avropa İttifaqının. Ermənistandakı casus şəbəkəsinə isə Kanadanın timsalında NATO ölkəsi də daxildir.

Azərbaycanla Ermənistan arasında gərginlik yox, hücum planı masada mövcud deyil ki, Aİ-nin kəşfiyyatçıları hər gün Laçın, Zəngilan, Qubadlı, Naxçıvan...tərəflərə gəlib, saatlarla dayanır, nələrəsə baxır, müzakirə edir, barmaqları ilə hansısa yüksəkliyi, ya məntəqəni göstərir, erməni hərbçilərlə bu barədə danışırlar. Bu davranışın bir adı var: avropalı kəşfiyyatçılar Ermənistan ordusunun Azərbaycanla şərti sərhədin hansı hissəsindən daxilimizə sızmağın mükünlüyünü araşdırır, vizual görüntülər keçirir, binokllarla dərinliklərimizə baxır və hücum planı hazırlayırlar!

Aylardır davam edən bu həyasızlığın başqa adı yoxdur! Bu, açıq-aşkar Azərbaycan ərazisinə müdaxilə cəhdidir. Bu, psixoloji təhdiddir. Sözsüz ki, sərhədçilərimizə və hərbçilərimizə hər hansı təsir göstərə bilməzlər, qəhrəmanlarımız onları yarandığına peşman edər. Amma axı, bölgədə həm də mülki sakinlərimiz yaşayır, onlar uzun həsrətdən sonra öz yurdlarına qayıdıblar, sakit, təhlükəsiz şəraitdə yaşayırlar. Avropa İttifaqının hərbi-kəşfiyyat dəstələri 30 il ərzində Ermənistanın işğalından məşəqqətlər çəkmiş dinc insanlarımıza qarşı təhdidlərə son qoymalıdır!

Əminik ki, Aİ missiyasının həyasız davranışları rəsmi qurumlarımız tərəfindən ciddi araşdırılır və müvafiq tədbirlərlə bağlı müzakirələr gedir. Fikrimcə, artıq bu özbaşınalıqlara və təhdidlərə son qoyulması üçün Brüsselə xəbərdarlıq edilməsinin vaxtı çatıb! Ukraynanı fəlakətlərlə üz-üzə qoyan Avropa İttifaqının ayrı-ayrı dövlətləri, xüsusilə də Makron Fransası bu gün Ermənistan üzərindən öz oyunlarını həyata keçirməyə çalışır.

Əgər Brüssel Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında birbaşa əməkdaşlığın yaranmasından və sərhədlərin dəqiqləşdirilməsinə başlanılmasından sonra da bölgədən əl çəkməməklə, həm kəşfiyyatçıların saylarını, həm də onların Ermənistanda qalma müddətini artırmaqla mənfur istəklərini gerçəkləşdirməyə çalışırlar. Kəsəsi, Minsk Qrupunun dirilməsi mümkün deyilsə, heç olmasa Aİ-nin timsalında hansısa “vasitəçi”nin varlığının qəbul edilməsinə çalışırlar. Çox təhlükəli oyunlara baş vurublar. Hər gün Azərbaycan əsgərlərinin qarşısında səf tutan kəşfiyyatçılar qarşı tərəfdən tətiyin çəkilməsini çox arzulayırlar, erməni təbliğatının çırağını yandırmaq və Aİ-nin hərbi qüvvələrinin sayını növbəti dəfə artırmaq üçün...

Artıq Prezident çox sərt formada sözünü dedi. Bundan əvvəl ötən il, Belçikanın Azərbaycandakı səfirini qəbul edərkən Aİ missiyası haqda xəbərdarlığını etmişdi, bu heyətin Azərbaycanla razılaşdırılmadan Ermənistana göndərildiyini vurğulamışdı, həmçinin missiyanın vaxtının uzadılmamasını məsləhət görmüşdü. Yenə də qulaq asmadılar və 2027-ci ilədək bu kəşfiyyatçılar Ermənistanda qalacaq. Deməli, hələ azı iki il əsəblərimizlə oynayacaqlar, hər an təxribat törətməyə çalışacaqlar. Yəqin ki, Prezidentin son xəbərdarlığının ardınca rəsmi qurumlarımız, Xarici İşlər, Müdafiə, Dövlət Sərhəd Xidməti Brüsselə ünvanlı xəbərdarlığını ünvanlaya bilər ki, kəşfiyyatçılarınızı yığışdırın, Azərbaycanı təxribata çəkməyə çalışmasınlar, yoxsa baş verənlərə görə bütün məsuliyyət Ermənistanla yanaşı, bu missiyanın da üzərinə düşəcək! Yeni Aprel döyüşlərinin ssenarisini hazırlayan elə həmin bu kəşfiyyatçılardır!

Elşad Paşasoy

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see185

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see157

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see133

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri