Icma.az
close
up
RU
Avropa İttifaqının Rusiya aktivləri ilə bağlı planı iflasa uğradı Politico

Avropa İttifaqının Rusiya aktivləri ilə bağlı planı iflasa uğradı Politico

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Brüsseldə keçirilən sammitin nəticələrinə görə, Avropa ölkələrinin hökumətləri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi barədə razılığa gələ bilməyib. Bu isə Almaniya kansleri Fridrix Mers və Avropa Komissiyasının sədri Ursula fon der Leyen üçün ciddi zərbə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Bunun əvəzinə ölkələr fövqəladə ehtiyat planı üzərində razılığa gəliblər. Plan Aİ-nin birgə borclanmasına əsaslanır və bir neçə həftədir Belçikanın baş naziri Bart de Vever tərəfindən irəli sürülürdü. Son saatlara qədər bu variantın qəbul ediləcəyi az ehtimal edilirdi. Aİ-də birliyin zəiflədiyini göstərən başqa bir məqam isə odur ki, üç ölkə — Macarıstan, Slovakiya və Çexiya — bu mexanizmdə iştirak etməyəcək.

Sammitdən sonra Danimarkanın baş naziri Mette Frederiksen bildirib:

"Bugünkü gündən sonra Ukraynaya dəstəyimiz təmin olunub”.

Bununla belə, əldə olunan razılaşma Almaniya və Avropa Komissiyasının sammit öncəsi müdafiə etdiyi variant deyil.

"Əlbəttə, bəzilərinə bu xoş gəlmədi… Onlar Putini onun pullarını əlindən almaqla cəzalandırmaq istəyirdilər, — deyə Bart de Vever ilkin planı nəzərdə tutaraq bildirib. — Amma siyasət emosional iş deyil və sonda rasional yanaşma üstün gəldi”.

Liderlər Ukraynaya iki il müddətinə kredit vermək üçün 90 milyard avro məbləğində birgə borclanma barədə razılığa gəliblər. Kredit Aİ-nin ümumi büdcəsi ilə təmin ediləcək. Bu variant Cənubi Avropa ölkələri üçün cəlbedici olsa da, adətən yüksək borcluluğu olan ölkələrin öhdəliklərinə zəmanət verməyə qarşı çıxan Almaniya və Şimali Avropa müttəfiqləri tərəfindən dəstəklənmirdi.

Almaniyaya güzəşt olaraq liderlər gələcəkdə dondurulmuş Rusiya aktivlərindən Ukraynaya verilən kreditin ödənilməsi üçün istifadə imkanını açıq saxlayıblar. Lakin bu məsələ hələlik açıq qalır.

"Aydındır ki, bu birinci seçim deyil, amma əsas olan Ukrayna üçün maliyyənin təmin edilməsidir”, — deyə Aİ hökumət nümayəndələrindən biri bildirib.

"Yəqin "Soyuq ürək” cizgi filmini bilirsiniz? Mən hələ də sonda buzun əriyəcəyinə və xoş sonluq olacağına inanmaq istəyirəm”, — deyə digər rəsmi əlavə edib.

Amma onlar etiraf ediblər: "Biz daha artığını gözləyirdik”.

Xatırladaq ki, 19 dekabr səhəri Brüsseldə 15 saatdan çox davam edən danışıqlardan sonra Avropa İttifaqı 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro maliyyə dəstəyinin ayrılmasını təsdiqləyib.

Avropa Şurasının sədri Antoniu Koşta bildirib: "Razılaşmamız var. 2026–27-ci illər üçün Ukraynaya 90 milyard avro dəstək barədə qərar qəbul olundu. Biz söz verdik və yerinə yetirdik”.

Almaniya kansleri Fridrix Mersin sözlərinə görə, Ukrayna bu vəsaiti ən gec yanvarın ikinci yarısında alacaq.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri