Icma.az
close
up
RU
Üç əsrin ailə dastanı

Üç əsrin ailə dastanı

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Göyüş

Dəqiq yadımda deyil nə vaxtsa, hardasa oxumuşam ki, hazırda İslandiyada yaşayan islandlar  mənsub olduqarı nəslin 32-ci törəmələrini yaşayır və hər evdə bir ailə kitabı var. Həmin kitabın nüsxələri yeni yaranan hər bir ailəyə ötürülür və davam etdirilir. Buna görə də hər bir island hansı kökə mənsub olduğunu, ulu babalarının kim olduğunu bilir. Səmimi desək, çox örnək bir nümunədir. Təəssüf ki, bizdə belə bir nümunə yoxdur və indi bizim  nəslin nümayəndələrinin böyük əksəriyyəti özünün 4-5-ci nəslinin kim olduğunu, hansı nəslə mənsub olduğunu bilmir və beləliklə nəsillər arasında bağlılıq, elə bu səbəbdən də birlik itir...

Bu günlər “Ədəbiyyat” qəzetinin sonuncu - 23 yanvar 2026-cı il  tarixli nömrəsində görkəmli yazıcı Anar müəllimin şərti olaraq  ”Üç əsrin ailə dastanı” adlandırdığı, əsərinə yazdığı “Keçən keçdi, olan oldu” başlıqlı “Söz baş”ı  məqaləsini “Ədəbiyyat”ın oxucularına təqdim etdi. Hesab edirəm ki, böyük ziyalımız və yazıçımız  bununla da yeni bir örnək ilkə addım atdı. Bundan əvvəl, 1981-ci ildə valdeynləri – Azərbaycan ədəbiyyatının iki görkəmli siması və ziyalısı – Rəsul Rzanı və Nigar Rəfibəylini itirəndə “Sizsiz” xatirə-romanını yazmaqla o, bir örnək nümunə göstərərək, övladın öz valideynlərinə olan münasibətin, hörmətin və böyk məhəbbətin nümunəsini təqdim etmişdi. Anar yazırdı: “ANAM NİGARA, ATAM RƏSULA. Sizsiz qalıb sizdən  yazdığım bu yazını sizin solmaz, sönməz, yadımızdan silinməz xatirənizə həsr edirəm”. Böyük həssaslıqla və göynərti hisslərlə, munis və səmimi duyğularla qələmə alınmış, xatirələrlə, anılarla, faktlarla zəngin olan  bu əsər şəxsi olmaqla bərabər milli,  milli olmaqla bəşəri bir məhəbbət nümunəsi idi.

Ötən il Anar müəllim daha bir örnək nümunə göstərməklə Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş, ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş iki məşhur ailə, onların, fəaliyyəti,  şəxsiyyəti yradıcılığı, dostluq və yaradıcılıq münasibətləri barədə - “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabını oxuculara təqdim etdi. ”Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının-Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu yazdıqlarını eyni ideya estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatn ən milli paradiqması olaraq təqdim etmişdir.” (Akademik Nizami Cəfərov). Düşünürəm ki, müəllif kitabda dörd Xalq şairinin və üç Xalq yazıçısının əsərlərindən, fikirlərindən, məktublaşmalarından, düşüncələrindən nümunələr gətirməklə onların istedadı, xidmətləri, Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında tutduqları mövqe barədə müasir oxucuda və gələcək nəsillərdə aydın və obyektiv təsəvvür yaratmaqla həm də uzun illər Səməd Vurğun və Rəsul Rza arasında (guya həm də onların ailələri arasında) ədəbi cameədə mövcud olan yanlış təsəvvürlərə və dedi-qodulara, Rəsul Rzanın Nigar xanıma yazdığı məktubdan aşağıdakı nümunəni  gətirməklə son nöqtəni qoyur. “...Bizim aramızda mübarizəmi deyək, davamı deyək-paxıllıqdan bəzi çaqqallar çox istifadə edirlər. Səməd ilə mənim aramda yaradıcılıq mübarizəsi (bu sözün yaxşı mənasında) hər zaman olacaq. Mən heç bir zaman “səmədləşə” bilməyəcəyim kimi, o da “rzalaşa” bilməz”.

Kitabda eyni zamanda Səməd Vurğun və Rəsul Rzadan sonrakı dövrdə onların oğulları Anarla Yusif və Vaqif Səmədoğulları arasında mövcud olan və ömürlərinin sonunadək davam edən dostluq münasibətləri aydın şəkildə, səmimi və mükəmməl formada öz əksini tapmışdır. Anar müəllimin “Üç əsrin ailə dastanı” adlanan yeni kitaba yazdığı ön sözdən aydın olur ki, fasilələrlə otuz il ərzində üzərində işlədiyi bu dastanı artıq bitirib. Və yəqin ki,  yaxın zamanlarda kitab şəklində işıq üzü görəcək. Anar kimi bir nəhəng ədəbiyyat adamının 30 il üzərində işlədiyi, “beynində gəzdirdiyi, qəlbində becərdiyi, qəfil yaddaş qığılcımlarını bir əlcə kağızlara yazıb saxladığı xatirələrin əsasında araya-ərsəyə gətirdiyi, pərakəndə duyğuların, dağınıq fikirlərin, pərən-pərən düşmüş anıların, dərbədər düşüncələrin əl-ayağı bir yerə yığılan” bu kitabın son dərəcə maraqlı olacağına əminəm. Ən azı ona görə ki, bu kitab həyatın hər üzünü görmüş, zəngin dünya görüşünə və informasiyaya malik, müdrik bir yazarın “bir neçə ömrü yenidən kağız üzərində yaşatmaq təşəbbüsüdür. Bəlkə iddialı görünsə də, ölümsüzlük təmannası, keçən keçəndən, olan olandan sonra Dünyada, Zamanın axarında qaçıb uçan Vaxtın içində qalmaq niyyətidir” (Anar).

Yaradıcılığa gənc yaşlarından - 1950-ci illərdən başlayan, 75 illik bir yaradıcılıq yolu keçən, çoxşaxəli yaradıcılq diapazonuna malik, onlarca hekayə, povest və romanların, ssenarilərin, esse və xatirələrin, yüzlərlə şeirin müəllifi, çoxsaylı filmlərə quruluş vermiş, “Min beş yüz ilin oğuz şeiri” antologiyasının müəllifi, görkəmli yazıçı, dramaturq, ssenarist, şair, rejissor, ictimai xadim olan Anar müəllim yeni ərsəyə gətirdiyi və yüksək dəyər verdiyi bu kitab haqqında fikrlərini belə ifadə edir: “Bu yazımı bitirib sahmana sala, nəşr edə bilsəm, ömrümün yəqin ki, ən vacib, ən önəmli işini gömüş olaram”.

Düşünürəm, Xalq yazıçısı Anarın başa çatırdığı yeni dastanı, əslində  “Sizsiz”in və “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının davamı, bu üç əsəri isə trilogiya kimi də qəbul etmək olar. İstər-istəməz belə bir sual yaranır. Bu dastandan əvvəl iki mükəmməl xatirə - toplu hazırlamış Xalq yazıçısının bu əsəri yazmaq istəyi nədən və hardan yaranmışdı? Suala mütəfəkkir yazıçının özü cavab verir: ”Üç əsrin ailə dastanı” əlbətdə şərtidir. Amma hər halda məqbuldur, çünki yazının mahiyyətini əks etdirir... Üç ömrün (Rəsul Rza, Nigar Rəfibəyli və Anar nəzərdə tutulur - R.G.) və bu üç ömrün fonunda bir neçə nəslin, üç əsr boyu həyat yolunu, təəssüratlarını əks etdirən dastandır. Bu nə sırf anılar, xatirələrdir, nə də sırf düşüncələr-esselər. Bu iki janrın ünsürlərindən əmələ gələn üçüncü bir janrdır. Amma sadəcə dastan deyil, sənədli dastan, real insanlar haqqında anılar, düşüncələr dastanıdır”.

Məqalədən aydın olur ki, kitabda  həmçinin müəllifin tariximizdəki və ədəbiyyatımızdakı Stalin və onun Azərbaycanda “kopyası” olan Mir Cəfər Bağırov dövrü, “20-ci illərin təhsil dövrü, 30-cu illərin ədəbi həyatı, məşum 37-ci ilin və ondan sonrakı illərin repressiyaları və bununla bağlı baş verən müdhiş olaylar, İkinci Dünya müharibəsinin təhlükələri və çətinlikləri, 45-ci ilin Cənubi Azərbaycan fərəhi və ümidi, 46-cı ilin Cənubi Azərbaycan faciəsi... Stalinin ölümü və ona inamın darmadağın olması, Xruşşovun hökmranlığı və süqutu, Brejnyev dövrünün durğunluğu... Qarabağ faciəsinin başlanması, 90-cı ilin Qara yanvar müsibəti, 91-ci ilin Moskvada avqust qiyamı, SSRİ –nin dağılması, Azərbaycanın müstəqilliyinin bərpası, Xocalı qırğini, 91-ci ilin helikopter faciəsi, Xalq Cəbhəsinin iqtidarda olduğu müddət, Heydər Əliyevin hakimiyyətə qayıdışı” ilə bağlı, həmçinin Üzeyir bəy və Nazim Hikmətlə bağlı xatirələri, düşüncələri, qənaətləri yer alıb və güman edirəm ki, bu fikirlər, düşüncələr kitabı daha maraqlı və daha oxunaqlı edəcəkdir. Əsər həm də əhatə etdiyi dövrün real mənzərəsini əks etdirməklə, gələcək araşdırıcılar üçün zəngin bir mənbəədir.

Müəllifin kitabı yazmaqda məqsədi, həm də özünə verdiyi “Mən kiməm?”sualına cavab tapmaqdan ibarətdir. Bu suala cavab vermək üçün Anar müəllim öz nəsil şəcərəsinə, tarixə səyahət edir: “Əslimizdən, nəslimizdən söhbət açanda  hadisələr... XIX əsrə qədər uzanır. Xanlıqlar dövrü, çar Rusiyasının Qafqazı zəbt etməsi, ulu babamız Məmmədxanın yaşadığı illərə düşür. Bayat boyundan, şahsevən tayfasından Məmmədyar oğlu Məmmədxan rus soldatlarına müqavimət göstərdiyi üçün çar hökuməti tərəfindən həbs edilir, zindana atılır, və zəhərləndirilərək öldürülür.

Anam tərəfindən Rəfibəylilər nəslinin də tarixdə öz yeri var. Ulu babam Ələkbər bəy Rəfibəyli – Azərbaycanın ilk siyasi partiyası – Difai partiyasının Gəncədə qurucusu, partiyanın fəxri sədri və nüfuzlu el ağsaqqalı olub. Onun oğlu, anamın atası Xudadat bəy – müstəqil azərbaycanın ilk səhiyyə naziri, daha sonra Gəncə quberniyasının general-qubernator vəzifəsini daşıyıb. 1920-ci ilin mayında Gəncə üsyanının təşkilatçılığında ittiham olunaraq... erməni müstəntiqinin... ittihamı ilə, erməni hakimin çıxardığı hökm əsasında güllələnib”.

Müəllif özünə verdiyi ritorik suala cavab tapmaq üçün kitaba övladlarını, nəvələrini, nəticələrini də daxil edir. Qəribədir. Müəllif “Mən kiməm?” sualına cavab axtardığı bir zamanda, bu yazıyla paralel olaraq “Min beş yüz ilin oğuz şeiri” antologiyasını hazırlayarkən Füzulinin “Mən kiməm? - Bir bikəsi biçarəvi-bir xaniman, taleyim aşüftə, iqbalım nixun, bəxtim yaman” beytinə, həmin ərəfədə Vilayət Quliyevin “Ağaoğlular” kitabında Əhməd bəy Ağaoğlunun” “Mən kiməm?” essesinə rast gəlir. Və  bir qəribə təsadüf. Müəllifin beyninin  “Mən kiməm?” sualı ilə məşğul olduğu bir vaxatda  iki yaş dörd aylıq qız nəvəsi balaca Deniz ona yaxınlaşaraq soruşur: - Mən kiməm?”...

Yazının sonunda müəllif “Üç əsrin ailə dastanı” kitabını yazmağının bir məqsədini də açıqlayır: “...mən nəslimin, ulu babalarımın iticəsi (itmək, uzaqlaşmaq, unutmaq anlamında) olmadığım kimi, nəvələrimin də əcdadlarının xatirələrinə yadlaşmalarını, yadırğamalarını, yadıca olmalrını istəmirəm. Bu kitbın bir məqsədi də budur”.

Hesab edirəm ki, Anar müəllimin bu yazıda misal gətirdiyim son fikirləri bir çağırışdır və bu çağırışı o, təkcə öz nəvə və nəticələrinə deyil, Azərbaycan xalqının bütün övladlarına, nəvələrinə və nəticələrinə ünvanlayıb, bu fikirlər təkcə çağırış deyil, həm də Anar müəllim kimi müdrik bir qocanın, el ağsaqqalının gələcək nəsillərə bir nəsihətidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2026 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri