Avropa Komissiyası Afrikada köçkünlərə yardım üçün 710 milyon avro ayıracaq
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara dəstək, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş ərazilərin əhalisinə yardım üçün 710 milyon avro vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen məlumat verib.
“Bütün Afrikada məcburi köçkünlərə və onları qəbul edən icmalara 800 milyon dollardan çox (710 milyon avro) vəsait ayrıldığını elan etməkdən məmnunam. Həmçinin müharibədən zərər çəkmiş icmalara yardım göstəriləcək”, - o, bildirib.
Fon der Lyayenin sözlərinə görə, maliyyələşdirmə 2026-cı ildə beynəlxalq “Global Citizen” təşkilatının kampaniyası çərçivəsində həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:Avropa Komissiyası Suriyanın bərpası üçün 175 milyon avro ayıracaq
05 İyun 2025 03:00
Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq
04 Sentyabr 2026 09:34
Avropa Komissiyası silahları modernləşdirməsi üçün Polşaya 43,7 milyard avro ayıracaq
27 Yanvar 2026 13:19
Avropa Komissiyası Ukraynaya dörd milyard avro yardım ayırıb
10 İyul 2025 16:07
Baxış sayı:126
Bu xəbər 27 Sentyabr 2026 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















