Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Çağdaş şeirimizin Qələbə təntənəsi

Çağdaş şeirimizin Qələbə təntənəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dədə Qorquddan, Koroğludan bu yana, xalqımız bir əlində silah, birində saz və qələm döyüşlərə atılaraq, azadlığı, bütövlüyü uğrunda mübarizə aparıb. Birinci və İkinci Qarabağ savaşlarında da belə olub. Əsgərlərlə bir səngərdə düşmənin başına od yağdıran qələm sahiblərimiz də az deyildi. Onlardan da şəhid və qazi olanlarımız var.

Eyni zamanda, digər söz sahiblərimiz də qələmlərini süngüyə çevirərək, odlu misraları ilə döyüşçülərimizi ruhlandırıb, Böyük Zəfərimizi layiqincə tərənnüm ediblər. Bu mövzuda qəzet və jurnallarda silsilə yazılar, bütöv səhifələr verilib. Zəfər salnaməsinə aid çoxlu almanax və toplular hazırlanıb.

Hörmətli oxucular! 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ərəfəsində sizə təqdim etdiyimiz bu səhifədəki şeirlərdə də xalqımızın qəhrəmanlıq tarixi, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyünün tam bərpası tərənnüm edilir. Şəhid qanları ilə vücuda gəlmiş Qarabağ zəfəri, dövlətimizin, millətimizin şanlı günləri müəlliflərin duyğu və düşüncələrinə əbədilik hoparaq sevgilərlə şərqilənib sərgilənir.

Vaxt vardı ki, itkilərimiz olanda “Başın sağ olsun, Vətən” deyirdik. İndi isə “Başın uca olsun, Azərbaycan” fikri bütün poetik nümunələrdən qırmızı xətt kimi keçir.

***

Eləsin

(“Heyrət səcdəsi” poemasından)

Bir arzum var idi Ulu Tanrıdan –
öz gözəl sehrini dövran eləsin.
Qarabağ atları Cıdır çölündə,
belində igidlər cövlan eləsin.

Birtəhər yaşadım ömür-günümü,
özüm aça-aça hər düyünümü,
təkcə ona heyran şair könlümü,
gül - xoşbəxt istəsə haçan eləsin.

Son dəfə taleyim düşəndə tərsə,
tövbə eləmişəm - girməyi bəhsə,
bəxtim – “Qızıl açar” qismət eləsə,
bütün qapıları açan eləsin.

Alqışlar Orduya, Baş Komandana,
qəsbkar milləti yığmışdı cana.
hər şeyi bəxş edib Azərbaycana,
İlahi düşmənlə hicran eləsin.

Mübarək qədəmlə qalxdı ilbəil,
Daha bu əvvəlki o Vətən deyil,
üçrəngli Bayrağa təkcə mən deyil,
heyrət səcdəsini cahan eləsin...

Vahid ƏZİZ,
Xalq şairi

Müjdə

Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi...

Axır ki, açıldı paslı kilidlər,
Bayraqlar yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba kəndlər
Viranə könlümə bənzəyir necə?!

Ağır sınaqların, möhnətin izi
Elə bilməyin ki, bizi sarsıtdı...
Qəlbimizdə olan vətən sevgisi
Bitib-tükənməyən silah-sursatdı...

Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd həsrətiylə,
Bir gözüm ağlayır, bir gözüm gülür...

Uşaqlar böyüyüb, qocalmışıq biz,
Anıb kövrəlirık o çağımızı...
Şükür, boş qalmayıb bizim yerimiz,
Yandıran olacaq ocağımızı...

Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda sahib çıxın, əziz balalar...

Çox yola salmışıq tufanları biz,
Quruyan ümidlər tumurcuqlayır.
Görəndə qeyrətli cavanları biz,
Dolan gözümüzdə yaş muncuqlayır...

Ürək can atırsa çata yurduna,
Yenə bu torpağa bahar gələcək!
Övlad sahib çıxsa ata yurduna,
Qərib məzarlarda ruhlar güləcək.

Rafiq YUSİFOĞLU

Zəfər Günü

(8 noyabr Zəfər Gününə)

Vətən alqışlayır qədəmlərini,
Çoxdan gözləyiridik bu böyük günü.
Dərbənd gülümsəyir Xəzərə baxıb,
Elə bil açılıb Təbrizin eyni.

Adınla fəxr edib coşur ürəklər,
Yeni Zəfərlərlə yaşa, Vətənim!
Çoxdan tilsimdəydi Şuşanın ruhu,
Ruhun azad oldu Şuşa - Vətənim.

Dünya heyran oldu bu qələbəyə,
Bu zəfər dillərdən-dillərə gəzər.
Ulu Qarabağın xilası sanki
Böyük İstanbulun fəthinə bənzər.

Bu zəfər yazılıb şəhid qanıyla,
Azadlıq naminə yüz yol and içdik.
Düşmənin qurduğu istehkamları
Bir “Dəmir Yumruq”la dağıdıb keçdik.

Yurduma tuşlanan xain əllərə,
Bu zəfər dərs oldu, - etməyin xəta.
Tarixin ən şanlı döyüşləriylə
Zamanı da, yendi bu zəfər hətta.

Yadlara əzəldən gözdağı olub,
Türkün düşmən bağrı yaran ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur - Turan ordusu...

Murov dağlarına Ağrı əl edir,
Kəpəz Savalanın görüşündədir.
Behşitdə rahat yat, Xətai babam,
Vətən qələbələr yürüşündədir.

Rafiq ƏLƏKBƏR

Vətən

Arzum çin olacaq bir gün, demişdim,
Əridi həsrətim duman, çən kimi.
Ömrümdə heç belə sevinməmişdim,
Səni bütöv görüb sevinən kimi.

Haqqın bacasından düz çıxıb tüstün,
Keşiyində gecə-gündüz durmuşam.
Buludlar alanda başının üstün,
Səngərdə düşmənə qan uddurmuşam.

Nə vaxtdı şeytanın ocağı sönüb,
Günahın axırı hədərdi, puçdu.
Qələbən qanadlı bir quşa dönüb,
Ayı müjdələdi, Günəşə uçdu.

Dua eləyirdi bütövlüyünə,
Anam namaz üstə, qızaranda dan.
Neçə nəzir verdi bütövlüyünə,
Canım vətən deyib köçdü dünyadan.

Səni qorumağa hələ heyim var,
Əzizsən cavana, qocaya, vətən!
Mənim dilçilərə bir gileyim var,
Gərək bölünməsin hecaya vətən!

Fəxrəddin TEYYUB

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri