Avropa Komissiyası Moldovaya daha 50 milyon avro ayırıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası (AK) Moldovaya ölkədə islahatların aparılması üçün daha 50 milyon avro ayırıb.
Banco.az xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində bildirib.
"Bu gün biz islahatlara və iqtisadi sabitliyə dəstək üçün 50 milyon avro yardım etdik", - o qeyd edib.
Ən sərfəli kredit üçün müraciət etAK rəhbərinin sözlərinə görə, Moldova Aİ yolunda öz ədliyyə sistemində islahatlar aparmağa çalışır.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ 2025-ci ildə üzvlük danışıqlarının əsas mərhələsinin açılışını səbirsizliklə gözləyir.
Qeyd edək ki, oktyabrın 20-də Moldovada referendum keçirilib və iştirakçıların yalnız 50,4%-i Aİ-yə daxil olmaq üçün konstitusiyaya dəyişiklikləri dəstəkləyib.
Baxış sayı:82
Bu xəbər 11 Dekabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















