Avropa Komissiyası Moldovaya daha 50 milyon avro ayırıb
Ayna saytına istinadən Icma.az xəbər verir.
“Bu gün biz islahatları və iqtisadi sabitliyi dəstəkləmək üçün 50 milyon avro yardım etdik”
Avropa Komissiyası (AK) Moldovaya ölkədə islahatların aparılması üçün daha 50 milyon avro ayırıb. AYNA xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen “X” sosial şəbəkə hesabında yazıb.
“Bu gün biz islahatları və iqtisadi sabitliyi dəstəkləmək üçün 50 milyon avro yardım etdik”, deyə Leyen vurğulayıb.
Onun sözlərinə görə, Moldova Avropa İttifaqı yolunda öz ədliyyə sistemində islahatlar aparmağa çalışır.
“Hakimlərin və prokurorların dürüstlüyünün qiymətləndirilməsi qanunun aliliyinin təmin edilməsi üçün vacibdir. Biz hakimlərin yoxlanılmasını sürətləndirmək üçün yol xəritəsini müzakirə etdik və Avropa İttifaqının buna dəstəyini 10 milyon avroya çatdırdıq”, o əlavə edib.
Leyen həmçinin vurğulayıb ki, Avropa İttifaqı 2025-ci ildə Moldovanın “üzvlük danışıqlarının əsas mərhələsinin başlamasını səbirsizliklə gözləyir”.
Baxış sayı:136
Bu xəbər 11 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















