Avropa liderləri ilə görüşdən sonra o fotonu paylaşdı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə keçirdiyi onlayn görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən sammitdə çəkilmiş fotosunu paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Truth Social” hesabında paylaşım edib.
Fotoda liderlərin hər ikisi göyə baxır. Sonrakı paylaşımında Tramp fotosessiya zamanı prezidentlərin üzərindən uçan “B-2” strateji bombardmançı və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşunu paylaşıb. Fotoşəkildə qeyd olunur ki, təyyarələr “Putini sammitə gələrkən qarşılayıblar”.
“Bild” nəşri isə mənbələrə istinadən yazıb ki, Trampla Putin arasında qızğın telefon danışığı olub. “Reuters” agentliyi Ağ Evin adının açıqlanmasını istəməyən rəsmiyə istinadən yazıb ki, Tramp Rusiya neftinin alınmasının dayandırılmasını istəyib.




