Icma.az
close
up
RU
Səhər yeməyində edilən səhvlər Vərdişlərimizi necə dəyişək?

Səhər yeməyində edilən səhvlər Vərdişlərimizi necə dəyişək?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səhər yeməyində etdiyimiz səhvlər yalnız günün ilk saatlarını deyil, günün sonrakı vaxtlarımızda da yemək vərdişlərimizi də təsir edir. Mütəxəssislər bildirirlər ki, ne yediyimiz qədər nə vaxt yediyimiz də çox önəmlidir.

Qaynarinfo xəbər verir ki, bir çox insan axşam yeməklərində dəyişiklik etməyə diqqət etsə də, səhər yeməyində isə rutinlərə bağlı qalır: hər gün eyni qranola və ya tost yeyir, bəziləri isə səhər yeməyindən tamamilə imtina edir.

Ekspertlər bildirirlər ki, səhər yeməyində edilən tək bir səhv il ərzində 365 dəfə təkrarlanarsa, bu, bağırsaq sağlamlığı və qan şəkəri balansına ciddi mənfi təsir göstərə bilər.

Səhər yeməyi nə vaxt və necə olmalıdır?

Kolorektal cərrah Dr. Ceyms Kinross (Imperial College London) qeyd edir ki, bağırsaqdakı mikroorqanizmlərin öz ritmləri var və nə vaxt nə yediyimiz bu ritmi formalaşdırır. Səhər yeməyi uzun aclıqdan sonra mikrobiotaya ilk toxunan qida olduğundan metabolizmin düzgün işləməsi üçün zamanlama vacibdir.

Dr. Kinross əlavə edir ki, kilo vermək və qan şəkərini idarə etmək üçün bağırsaq mikrobiotasının bədən saatımızla uyğunlaşması lazımdır. Səhər yeməyindən imtina, günün digər yeməklərinin həzminə də təsir göstərir. Araşdırmalar göstərir ki, səhər yeməyi edənlərin günorta yeməyindən sonra qan şəkəri daha yaxşı idarə olunur. Səhər yeməyini atlayanlarda isə günün sonrakı saatlarında həddindən artıq yemək ehtimalı yüksəlir.

Məşqçii Dalton Vong isə bildirir ki, səhər yeməyi edilmədikdə, insanlar daha çox yeyirlər. "Fitness hədəflərinizə çatmaq üçün səhər yeməyi vacibdir və bunu günlük kalori hesabınıza daxil etməlisiniz", – deyir.

Qidalanma üzrə ekspert Cenna Hope isə səhər yeməyinin qadınlarda hormon balansı üçün kritik olduğunu vurğulayır. O, ac qarına içilən kofenin ani kortizol artımına səbəb olduğunu və içkini qəbul etməzdən əvvəl bir şeylər yeməyin kafeinin təsirini yavaşlatdığını bildirir.

Səhər yeməyində nələr olmalıdır?

Uğurlu bir səhər yeməyi əsasən iki komponentdən ibarət olmalıdır:

Protein (20–30 q) – enerji verir və qan şəkəri dalğalanmalarını önləyir

Lif (ən az 8 q) – yaxşı bakteriyaları qidalandırır və həzmi tənzimləyir

Şəkərli hazır qidalar və yulaflardan qaçınmaq tövsiyə olunur. Daha yaxşı seçimlər: tam buğda çörəyində çırpılmış yumurta və ya meyvə və yulaflı yoğurtdur.

Hope qeyd edir ki, səhər yeməyi gündəlik kalori qəbulunun təxminən beşdə birini təşkil etməlidir; orta yaşlı bir qadın üçün bu, təxminən 400 kalori deməkdir. Dr. Kinross əlavə edir ki, karbohidrat və doymamış yağlar, tam meyvələr, taxıllar və qoz-fındıq kimi sağlam yağ mənbələri də səhər yeməyində olmalıdır.


Səhər yeməyinin vaxtı

Dr. Kinrossa görə, səhər yeməyi o yuxudan 2 saat içində edilməlidir. Ən az 12 saatlıq gecə açlığından sonra səhərin erkən saatlarında yemək tövsiyə olunur. Əgər səhər yeməyini günün sonrakı saatlarına saxlasanız, metabolizm və sirkadiyen ritm uyğunsuzluğu yarana bilər.

Ekspertlər həmçinin bildirirlər ki, axşam yeməyini 19:00–20:00 aralıqlarında bitirmək, səhər yeməyini daha səmərəli və uyğun zamana yerləşdirməyə kömək edir.

Səhər enerjisi üçün məsləhətlər

Səhər yuxudan oyandıqda enerjisiz hiss edənlər üçün kofe cəlbedici olsa da, onu yeməklə birlikdə qəbul etmək daha faydalıdır

Şəkərli qidalardan qaçmaq lazımdır, duzlu və proteinli səhər yeməyi enerjini sabit saxlayır

Əgər gününüz uzun və gərgin keçəcəksə, səhər yeməyini bir saat, bəzən saat yarım gecikdirmək günorta yeməyinə qədər tox qalmanıza kömək edir.

Nəticə olaraq, ne yediyiniz və nə vaxt yediyiniz, səhər rutininizə uyğunlaşdırılmalıdır. Bu qaydalara əməl etməklə bağırsaq sağlamlığınızı qoruyar, gün ərzində həddindən artıq yeməkdən qaçınar və enerjinizi sabit saxlayarsınız.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:365
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri