Icma.az
close
up
RU
ƏDALƏTİN TƏRS DÖNƏN DƏYİRMANI... Hakim 5 mini bəyənmirsə, müəllim, alim, fəhlə 5 yüz üçün niyə “can qoyur”?

ƏDALƏTİN TƏRS DÖNƏN DƏYİRMANI... Hakim 5 mini bəyənmirsə, müəllim, alim, fəhlə 5 yüz üçün niyə “can qoyur”?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məmləkətimizdə son bir neçə günün xəbərlərinə baxın: Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. 

Daha əvvəl 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Eldar Mahmudovun MTN-ində polkovnik rütbəsində çalışan, 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən bu şəxs ona təyin olunan aylıq 4 881 manat pensiyadan narazıdır və polkovnik yox, hakim pensiyası tələb edir(Görünür, hakim pensiyası bundan da 2-3 dəfə çoxdur). Təbii ki, hakim həmkarları da onun xeyrinə qərar çıxarıblar.

Yəni, adam 5000 manat pensiyanı bəyənmir!


Ölkəmizdə isə pensiya yaşında olan, Səlim Müslümov və ondan sonrakıların yaratdıqları və icra etdikləri “vicdanlı” pensiya sistemi sayəsində 220(!) manat yaşa görə müavinət alan, bu pulun ümidinə qalan saysız-hesabsız ahıllarımız, ağsaqqallarımız var…

Daha bir xəbər: “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 3 ədəd “BMW 520i” markalı xidməti nəqliyyat vasitəsi, yəni, müdirlər üçün lyuks maşınlar alıb. Avtomobillərin alınmasına 364 140(!) AZN, yəni, az qala yarım milyon xərclənib.

Hansı ki, bu ölkədə məsələn, qəpik-quruşa möhtac olan əlillər nəinki ucuz maşınlarla, heç olmasa düz-əməlli əlil arabaları ilə, yaxud keyfiyyətli protezlərlə vaxtında, lazımınca təmin olunmurlar…

Növbəti xəbər: Azərbaycandakı ən yararsız və yaramaz idarəçiliyilə seçilən AYNA-da rəhbər vəzifəni tutan şəxs 20 min, onun müavinləri isə 15 min manat maaş alırmış. Həmin qurumun küçədə, şaxtada, küləkdə, yaxud qızmar istidə “stoyanşiklik” edən sıravi işçisilərininsə maaşı 500-600 manatdır.(Qurumun rəhbərliyi kimi özündən razı, yekəxana mətbuat xidməti bu “ədalətli bölgüyə” münasibət bildirməyib).

Bu arada da Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri bəyan edib ki, Azərbaycanda 60 min(!) boş iş yeri var!

Görün, nə qədər qarmaqarışq, ziddiyyətli, təzadlı və ən əsası, nə “ədalətli” bir cəmiyyətdə, ölkədə yaşayırıqmış! Azərbaycan kimi kiçik bir ölkəyə bu qədər təbəqləşməni, bu boyda ayrıseçkiliyi necə sığışdırblar görəsən?...

Bir yanda bütün həyatını şagird, tələbə qarşısında keçirən, gözünün nurunu və əsəblərini xərcləyən müəllim, alim 400-500 manat pensiyaya göz dikərkən, digər yanda bütün həyatı “yağlı vəzifələrdə” keçən və böyük ehtimalla bu həyatda yumşaq desək, heç bir maddi sıxıntısı olmayan hakim, prokuror, rəis və s. aylıq 5000 manat pensiyaya “ağız əyir”. Bir növ demək istəyir ki, ADAM 5000 manat pensiyaya yaşaya bilməz! O zaman həmin bu “ədalət keşikçisi” 220 manata yaşayanları kim, nə hesab etdiyini də açıqlasaydı, pis olmazdı…

Bir yanda AYNA-nın “kəndxudası” özünə 20 min maaş yazdırırkən, yaxud hansısa idarənin müdirlərinin komfortu üçün yarım milyonluq maşınlar alınırkən, digər yanda bu ölkənin gəncləri (aralarında universitet diploma olanlar da olmamış deyil) “stoyanşik vəzifəsində” soyuqda, istidə sağlamlıqlarını aylıq 500 manata satırlar. Hələ nə qədər gənc də hətta buna bənzər iş yerləri belə tapa bilmir. Amma məşğulluq idarəsinin “kəndxudası” elan edir ki, sən demə, guya ölkədə 60 min boş iş yeri varmış! Yaxşı, “bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?”


Azərbaycanın neft hasilatı və neft gəlirləri durmadan azalır. Əvəzində xüsusilə də hökumətin iqtisadi blokunun “çevikliyi və kreativliyi” sayəsində vergilər, cərimələr, qadağalar, ən əsası isə buna paralel olaraq maddi baxımdan təbəqələşmə də artır. Təbəqələşmə ədalətsizliyin ən açıq, ən bariz göstəricisidir. Həkimin hakimdən, müəllimin məmurdan, alimin cahildən qat-qat pis yaşadığı bir məmləkətin isə bu gedişlə gələcəyini təsəvvür etmək elə də çətin deyil…

Cəlal Məmmədli

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Yanvar 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri