Icma.az
close
up
RU
Ana dilinin şifahi və yazılı ədəbiyyatda funksiyası: milli kimlik və bədii ifadə perspektivi

Ana dilinin şifahi və yazılı ədəbiyyatda funksiyası: milli kimlik və bədii ifadə perspektivi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Hər bir xalqın ədəbiyyatı onun mənəvi dünyasının və milli kimliyinin əksidir. Bu mənəvi zənginliyi formalaşdıran əsas faktor isə dilin rolu və statusudur. Milli mənsubiyyətin qorunması və dilin saxlanılması hər bir vətəndaşın ali vəzifəsi hesab olunur. Bu müqəddəs missiyanın vacibliyini Ümummilli Lider Heydər Əliyev də daim vurğulayıb. Ulu Öndərin dil siyasəti və ana dilinə göstərdiyi həssaslıq hər bir azərbaycanlı üçün nümunəvi model təşkil edir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda və yanvarın 5-də yerli televiziyalara müsahibələrdə dili bayraq, gerb və himn ilə birlikdə dövlətçiliyin ayrılmaz atributu kimi təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova deyib.

O bildirib ki, dövlət başçısı çıxışlarında dilin milləti millət edən amil olduğunu xüsusi vurğulayaraq, onun başqa dillərin təsiri altına düşməməsinin milli kimliyin qorunması baxımından vacib olduğunu qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, müasir texnologiyalar dövründə dilə xarici sözlərin daxil olub assimilə olunmasının qarşısının alınmasının zəruriliyini diqqətə çatdırdı, Azərbaycan dilinin qorunmasının dövlətin əsas vəzifəsi olduğunu vurğuladı.

L.Məmmədova qeyd edib ki, dil yalnız milli kimliyin qorunmasında deyil, həm də ədəbiyyatın formalaşmasında əsas vasitədir. Xalqın danışıq dilinin incəliklərini dərindən mənimsəmək bacarığı bədii əsərlərin aktuallığını və əbədiyaşarlığını təmin edən əsas göstəricidir. Yazıçı dili onun xalq ədəbiyyatına bələdliyi, həyat təcrübəsi, dünyagörüşü və düşüncə aləmi ilə birbaşa bağlıdır. Şifahi və yazılı ədəbiyyat nümunələrində dil əsərin aləti, obrazların təzahürü və bədii ifadənin açarı rolunu oynayır.

Tarixən klassik Azərbaycan ədibləri ana dilini ərəb və fars dillərinin təsirlərindən və əcnəbi sözlərin həddindən artıq istifadəsindən qorumaq sahəsində fədakarlıq nümunəsi göstəriblər. M.F. Axundzadə komediyalarında və “Aldanmış kəvakib” povestində bədii dilin qayda-qanunlarına riayət edərək ədəbi dili yeni inkişaf mərhələsinə çıxarıb. Onun ənənəsini Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Mir Cəlal və digər görkəmli yazarlar davam etdirib, əsərlərində ədəbi dili xalq danışıq dili ilə yaxınlaşdırıblar. Azərbaycan dilinin zəngin söz xəzinəsindən səmərəli istifadə edən bu ədiblər bədii əsərlərdə obrazların yaradılmasında, onların hərtərəfli təsvirində dilin aydınlığına və məzmunluluğuna böyük əhəmiyyət veriblər. Xüsusilə dram janrında dil obrazların hərəkətini, qarşılıqlı münasibətlərini və duyğularını ifadə edən əsas vasitədir. Dialoqlar vasitəsilə obrazlar bir-biri ilə qarşılıqlı təsirə girir, fikir və duyğularını çatdırır. Bu dialoqlarda xalq ədəbiyyatına aid nağıl, dastan, lətifə, atmaca, atalar sözü və məsəllərdən gətirilmiş elementlərin istifadəsi əsərlərin uzunömürlülüyünü təmin etmişdir.

“Klassik yazarlar xalq dilinə xas təşbihləri və məcazi ifadələri yerli-yerində, hər janrın tələblərinə uyğun şəkildə istifadə etmişlər. Nəticədə, əsərlərin dili səlis, axıcı və təbii olub, mükalimələrin konkretliyi və yığcamlığı oxucunu yormadan əsərin estetik və bədii dəyərini artırıb. Nəticə etibarilə, ana dili yalnız milli kimliyin və mədəni yaddaşın qoruyucusu deyil, eyni zamanda, şifahi və yazılı ədəbiyyatın inkişafında əsas vasitədir. Dilin zənginliyi və saflığı bədii ifadənin əsas şərti olaraq ədiblərə obraz yaratmaqda, milli dəyərləri qorumaqda və gələcək nəsillərə ötürməkdə imkan verir. Beləliklə, hər bir vətəndaşın dilimizi qorumaq və inkişaf etdirmək missiyası, həm milli kimliyimizin bərqərar olması, həm də ədəbiyyatımızın əbədiyaşarlığının təmin olunması baxımından əvəzsiz əhəmiyyət kəsb edir”,- deyə L.Məmmədova bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri