Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Avropa Parlamenti köhnə ampluasında RAKURS

Avropa Parlamenti köhnə ampluasında RAKURS

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycana qarşı qərəzli dinləmələr münasibətlərin ruhuna ziddir

Avropa Parlamenti (AP) son illərdə Azərbaycanla bağlı müxtəlif formatlarda dinləmələr, müzakirələr və qətnamə debatları keçirir. Bu dinləmələr əsasən insan hüquqları, demokratiya və hüququn aliliyi, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, enerji əməkdaşlığı və Avropa İttifaqı–Azərbaycan münasibətlərinin gələcəyi kimi mövzuları əhatə edir. Müzakirələr bəzən kəskin polemika doğurur və tərəflər arasında yanaşma fərqlərini açıq şəkildə üzə çıxarır.
Keçirilən dinləmələr formal olaraq insan hüquqları və demokratiya dəyərlərinin müdafiəsi kimi təqdim edilsə də, bu müzakirələrin mahiyyəti getdikcə daha çox siyasi alət xarakteri daşıdığı ilə diqqət çəkir. Dinləmələrin məzmunu, iştirakçı seçimi və yekun siyasi mesajlar Avropa Parlamentinin Azərbaycanla bağlı obyektiv və balanslı mövqedən uzaqlaşdığına dair ciddi suallar yaradır.

Lakin problem tənqidlərin mövcudluğunda deyil, onların seçmə xarakterindədir. Oxşar və ya daha ağır problemlərin mövcud olduğu digər region və ölkələrlə müqayisədə Azərbaycan məsələsinin daha tez-tez gündəmə gətirilməsi, daha sərt ifadələrlə müşayiət olunması, sanksiya çağırışları ilə tamamlanması ikili standartlar ittihamlarını gücləndirir. Bu kontekstdə insan hüquqları anlayışı dəyər olmaqdan çıxaraq geosiyasi təzyiq alətinə çevrilmiş təsiri bağışlayır. Bu isə Avropa Parlamentinin münaqişəyə tarazlı vasitəçi deyil, mövqeli aktor kimi yanaşdığı təsəvvürünü yaradır.

Azərbaycanla bağlı dinləmələr adətən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi (AFET), İnsan Hüquqları üzrə Alt Komitə (DROI), Cənubi Qafqaz üzrə AP nümayəndə heyəti çərçivəsində keçirilir. Dinləmələrdə Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndələri, beynəlxalq və qeyri-hökumət təşkilatları, ekspertlər, jurnalistlər, bəzən isə Azərbaycan hökumətinə tənqidi mövqedə olan vətəndaş cəmiyyəti təmsilçiləri çıxış edirlər.
Avropalı parlamentarilər tez-tez söz və mətbuat azadlığı, siyasi fəalların və jurnalistlərin durumu, məhkəmə müstəqilliyi ilə bağlı subyektiv yanaşmalarını ortaya qoyurlar. Azərbaycan tərəfi isə bu iddiaları çox zaman selektiv yanaşma, ikili standartlar və daxili işlərə müdaxilə kimi qiymətləndirir, ölkədə hüquqi islahatların aparıldığını vurğulayır.

2020-ci ildən sonra keçirilən dinləmələrdə Qarabağ münaqişəsindən sonrakı vəziyyət əsas müzakirə mövzularındandır. Buraya bölgədə təhlükəsizlik və sabitlik, sülh sazişi perspektivləri, humanitar məsələlər və reinteqrasiya prosesləri daxildir. Avropa Parlamentində müxtəlif siyasi qruplar arasında bu mövzuda yanaşmalar fərqlənir. Bəzi deputatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digərləri isə daha tənqidi mövqedən çıxış edirlər.

Avropa İttifaqının enerji təhlükəsizliyi kontekstində Azərbaycan strateji tərəfdaş kimi qiymətləndirilir. Dinləmələrdə Cənub Qaz Dəhlizi, alternativ enerji mənbələri, Aİ–Azərbaycan enerji dialoqu müzakirə olunur. Bu məqam bəzən insan hüquqları ilə bağlı tənqidlərin fonunda “dəyərlər və maraqlar dilemması” kimi təqdim edilir. Avropa Parlamentindəki siyasi qruplar Azərbaycanla bağlı məsələlərə fərqli baxış sərgiləyir. Yaşıllar və sol mərkəzçi qruplar daha sərt tənqidi mövqedən çıxış edirlər. Mühafizəkar və liberal qruplar isə dialoqun və əməkdaşlığın qorunmasının vacibliyini vurğulayırlar. Bu fərqlilik dinləmələrin tonuna və sonradan qəbul edilən qətnamələrin məzmununa da təsir göstərir.

Rəsmi Bakı lisə Avropa Parlamentində keçirilən bəzi dinləmələri və qəbul edilən qətnamələri qərəzli, balanssız, regionun reallıqlarını nəzərə almayan sənədlər kimi qiymətləndirir. Azərbaycan tərəfi faktlarla sübut edir ki, bu cür dinləmələr ikitərəfli münasibətlərə zərər vurur və konstruktiv əməkdaşlıq üçün əlverişli zəmin yaratmır. Dinləmələr əslində Aİ–Azərbaycan siyasi dialoqunun tonuna, yeni saziş üzrə danışıqlara, beynəlxalq ictimai rəydə ölkə ilə bağlı təsəvvürlərə təsir göstərir, münasibətlərin müsbətə doğru inkişafını əngəlləyir. Eyni zamanda, bu dinləmələr tərəflər arasında açıq dialoq üçün platforma rolunu da oynaya bilər. Ekspertlərin fikrincə, qarşılıqlı etimadın bərpası üçün daha balanslı yanaşma və birbaşa institusional təmaslar vacibdir.

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr təkcə hüquqi və siyasi məsələlərin müzakirəsi deyil, həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin göstəricisidir. Bu proseslər Azərbaycanın beynəlxalq mövqeyinə, Aİ ilə münasibətlərinin gələcək istiqamətlərinə və regionda davamlı sülh perspektivlərinə birbaşa təsir göstərmək potensialına malikdir.

Məsələyə münasibət bildirən siyasətçilər qeyd ediblər ki, Azərbaycanın uğurları beynəlxalq aləmdə əks-səda doğurduğu an Avropa Parlamenti öz məkrli siyasətini ortaya qoyur. Deputat Səməd Seyidov əlavə edib ki, AP Azərbaycanı müzakirəyə dəvət etməli, qarşılıqlı fikir mübadiləsi aparmalı idi: “Lakin qurum tamamilə fərqli və qərəzli mövqedən çıxış edir. Avropa Parlamentinin daxilində yalan, böhtan, ikili standartlar və korrupsiya hökm sürür. Azərbaycanın COP29-a ev sahibliyi etməsi məsələsində də Avropa Parlamenti yalnız boykot mövqeyi nümayiş etdirib”.

Avropa Parlamenti ölkəmizə qarşı qərəzli yanaşma sərgiləsə də, qurum daxilində bir sıra deputatlar Azərbaycanın mövqeyini dəstəkləmək niyyətindədir. “Biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik. Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb. Burada bir məqsəd var o da Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə mane olmaqdır. Görünür, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada artan nüfuzu onları ciddi narahat edir. Münaqişənin tənzimlənməsinə heç bir real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib”, bunu isə Milli Məclisin planer iclasında deputat Ceyhun Məmmədov deyib.

Bu gün Ermənistanda baş verən repressiyalara qarşı Qərb strukturları heç bir dinləmələr keçirmir, sənəd qəbul etmir, əvəzində Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir. 1 milyon azərbaycanlının evi, milli-mədəni, tarixi abidələrimiz Ermənistan tərəfindən dağıdıldıqda Avropa və onun parlamentariləri harada idilər? üstəlik Aİ-nin müharibə cinayətkarlarına sevgisi artmaqdadır. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri – Bakıda istintaq təcridxanasında olanda Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi.

Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı növbəti qəbul edilən qərəzli kağız parçası heç bir hüquqi əsasa söykənmir. Azərbaycanda heç kim öz fikirlərinə və ya siyasi fəaliyyətinə görə həbs edilmir. Bu sözləri Milli Məclisin iclasında deputat Kamran Bayramov səsləndirib: “Avropa Parlamentində son dövrlərdə baş vermiş korrupsiya qalmaqalları bu qurumun rüşvətə nə dərəcədə açıq olduğunu aydın şəkildə ortaya qoyub. Siyasi birja obrazı qazanan Avropa Parlamenti başqa dövlətləri ittiham etməyə cəhd göstərir. Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır və bu qurumun Azərbaycana yol göstərməyə və ya hər hansı məsələləri diktə etməyə heç bir haqqı yoxdur”.

Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsi ilə bağlı yaradılan komissiyası bəyanat mətnini hazırlayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisi, Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini qətiyyətlə rədd edir və onu siyasi məqsədlərə xidmət edən, qərəzli bir sənəd kimi qiymətləndirir. Yalan məlumatlar və saxta iddialar əsasında hazırlanmış bu sənəd, konkret cinayət əməllərinə siyasi don geyindirməyə cəhd edir, hüququn aliliyini pozur və Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Aydındır ki, Azərbaycan reallıqlarını bilməyən və ya bilərəkdən görməzdən gələn Avropa Parlamenti, bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları məsələlərini öz gizli gündəliyi və təxribatçı niyyətləri üçün vasitəyə çevirir.

Qeyd edilib ki, Azərbaycanın ərazilərinin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan Avropa Parlamenti, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına da qərəzlə yanaşır. Bundan əlavə bəyanatda COP29 tədbirinin ölkəmizdə keçirildiyi zamanı Avropa Parlamenti ölkəmizə qarşı hücumlarda fəal rol oynayan qurumlardan biri olduğu qeyd olunub.

Azərbaycan Respublikasının Milli Məclisi bəyan edib ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və o, ölkəmiz tərəfindən tamamilə rədd edilir. Azərbaycan bundan sonra da müstəqil siyasətini davam etdirəcək, beynəlxalq hüquqa, insan hüquqlarına və ədalətə əsaslanan mövqeyini müdafiə edəcəkdir.

V.VƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see269

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see267

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see260

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see245

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see234

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see224

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see224

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see220

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see220

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see218

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see213

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see210

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see204

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri