Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın beş il ərzində insanları bütün koqnitiv tapşırıqlarda üstələyən süni intellekt (Sİ) sistemləri üzərində insan nəzarətinin əhəmiyyətli dərəcədə itirilməsi riski yarana bilər.
Oxu.Az xəbər verir ki, bu barədə sentyabrın 23-də Böyük Britaniyanın Alan Türinq İnstitutunun rəsmi saytında yayımlanan hesabatda bildirilib.
Araşdırmanın müəllifləri qeyd ediblər ki, yaxın beş il ərzində daha güclü və avtonom Sİ sistemləri meydana çıxa bilər. Bu sistemlərin davranışlarını insanların qiymətləndirməsi, nəzarətdə saxlaması və zərurət yarandıqda fəaliyyətini dayandırması daha çətin olacaq.
İnstitut vurğulayıb ki, uzunmüddətli təhdidlərlə bağlı qeyri-müəyyənlik artıq mövcud olan risklərin aradan qaldırılması istiqamətində görülən işlərə mane olmamalıdır.
Hesabatda kibertəhlükəsizlik və demokratik proseslər üçün təhdidlər, Sİ-nin fəaliyyətinin insan niyyətləri ilə uyğunsuzlaşması, eləcə də mümkün kimyəvi və bioloji risklər də qeyd olunub. İnstitut ayrı-ayrı modellərlə yanaşı, istifadəyə verildikdən sonra bütöv Sİ sistemlərinin də yoxlanılmasına və nəzarətdə saxlanılmasına çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:264
Bu xəbər 24 Sentyabr 2026 03:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















