Icma.az
close
up
RU
Gürcüstan parlamenti: azalana doğru RAKURS

Gürcüstan parlamenti: azalana doğru RAKURS

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Müxalifət mandatdan və deputat toxunulmazlığından məhrum edildi

Gürcüstan Daxili İşlər Nazirliyi 26 oktyabr 2024-cü il seçkiləri zamanı qanunverici orqana seçilən və etiraz hərəkatında fəal iştirak edən müxalifət liderlərinin əksəriyyətini həbs etmək üçün qanuni hüquq əldə edib. Gürcü Arzusu Partiyası (GA) müxalifət qüvvələrindən seçilmiş 49 parlament üzvünü eyni vaxtda mandatlarından məhrum edib. Rəsmi səbəb onların “seçkilərin tam saxtalaşdırılması” səbəbindən parlamentin spikerinə mandatlarından imtina etmək üçün noyabrda müraciət etmələri olub.

“Gürcü Arzusu”nun 82 nümayəndəsi 150 yerlik parlamentdə 49 müxalifət deputatının mandatının ləğvinə səs verib, minimum 76 səs tələb olunub. Bütün bu müxalifətçilər hələ noyabr ayında parlamentin spikerinə müraciət edərək “parlament seçkilərinin tamamilə saxtalaşdırıldığını” əsas gətirərək mandatlarının ləğvi tələbi ilə müraciət etmişdilər. Onlar fərdi qaydada ərizə yazıblar. Müxalifət üzvləri mandatları ilə yanaşı, deputat toxunulmazlıqlarını da itiriblər.

Amma parlamentdə səsverməyə bir neçə gün qalmış, müxalifət qüvvələrinin və QHT-lərin bütün Cənubi Qafqaz üçün strateji əhəmiyyət kəsb edən Şərq-Qərb magistral yolunu bağlamağa cəhd etdiyi paytaxtın Diqomi rayonunda “dayandırmaq aksiyası” zamanı “Dəyişiklik naminə” koalisiyasının yaradıcılarından biri Nikanor Melianı cinayət məsuliyyətinə cəlb olunmaqdan yalnız deputat toxunulmazlığı xilas edib. O, qısa müddətə saxlanılıb, şəhər polis idarəsinə aparılıb, burada deputatın sözlərinə görə, döyülüb, lakin demək olar ki, dərhal buraxılıb.

İndi Nikanor Melia və onun bəzi həmkarları strateji magistral yolu bağlamaq cəhdinə görə (Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsi) cinayət işində müttəhim ola bilərlər. Bu ittihamla, çərşənbə axşamı Daxili İşlər Nazirliyi Diqomidəki aksiyanın səkkiz iştirakçısını, o cümlədən keçmiş Tbilisi meri Gigi Uqulavanı həbs edib. Onları 4 ilə qədər həbs gözləyir.

Üç müxalifət koalisiyasının deputatları mandatlarından məhrum edildikdən sonra qanunverici orqanda cəmi 12 müxalifət üzvü qalıb: onlar keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasından seçiliblər.
Noyabrda həmin 12 nəfər də parlamentdəki vəzifələrindən istefa versələr də, mandatlarından imtina etməyiblər. Düzdür, bu müxalifətçilərin boykot zamanı buraxdıqları plenar iclasların sayı reqlamentdə nəzərdə tutulan həddə çatdıqda, parlament çoxluğu onları da aprel və ya may aylarında çıxara bilər. Yəni, deputat mandatlarından məhrum edilməsi üçün formal əsas yaranacaq.

Beləliklə, bu gün Gürcüstan parlamentində 101 deputat qalıb. Onlardan 89-u GA-nı, 12-si isə keçmiş baş nazir Qaxariyanın partiyasını təmsil edir. Mövcud konstitusiyanın müəlliflərindən biri Vaxtanq Xmaladzenin dediyi kimi, 89 mandat hakim partiyaya istənilən qanunları qəbul etməyə və hökumətə etimad səsi ifadə etməyə imkan verir, çünki belə bir qərarın qəbulu üçün deputatların ümumi sayının yalnız sadə çoxluğu, yəni 76 səs tələb olunur. “Lakin onlar üçdə iki səslə konstitusiyaya dəyişikliklər edə biləcəklər, o halda ki, dəyişikliklər “Gürcüstan naminə” partiyası tərəfindən dəstəklənsin”, cənab Xmaladze izah edib.

Siyasi opponentlərin mandatdan və deputat toxunulmazlığından məhrum edilməsi ilə paralel olaraq, hakim partiya müxalifət hərəkatının fəallarına və liderlərinə qarşı sanksiyaları sərtləşdirən qanunları sürətlə qəbul edir. Çərşənbə günü parlament birinci oxunuşda qəbul edib və həftənin sonuna kimi qalan iki oxunuşda inzibati məcəlləni pozmağa görə həbs müddətini 15 gündən 60 günə qədər artıran qanunu qəbul etməyi planlaşdırır. Üstəlik, deputata, nazirə və ya hüquq-mühafizə orqanının əməkdaşına qarşı hər hansı şifahi təhqir bundan sonra ağır cinayət kimi qiymətləndirilir. Eyni zamanda qapalı yerlərdə etiraz aksiyaları keçirmək qadağandır. Məsələn, son vaxtlar tələbələrin səs-küylü etiraz aksiyaları keçirdikləri universitetlər də qadağalar siyahısındadır.

Parlamentdə səsverməni şərh edən spiker Papuaşvili bildirib ki, müxalifət “gürcüstan seçicilərinin mütləq əksəriyyətini şantaj etməyə çalışıb” və Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, onların 54%-i “Gürcü arzusu”na səs verib. “Lakin onlar bu şantaja layiqli cavab verdilər”, cənab Papuaşvili vurğulayıb. O xatırladıb ki, 2020-ci il seçkilərindən sonra “vəziyyət oxşar idi”: müxalifət də parlamentdə işləməkdən imtina etdi, lakin sonra GA ABŞ və Aİ-nin “məsləhəti” ilə həmkarlarının parlament səlahiyyətlərinə xitam verməyə səs vermədi. İndi Gürcüstan hakimiyyətinin Qərblə münasibətləri “qayıtılmayan nöqtəni” keçib, Brüssel və Vaşinqton bir sıra sərt sanksiyalar qəbul edib, Tbilisi isə müxalifətlə hər hansı danışıqlardan imtina edib.

Bu arada Vahid Milli Hərəkat Partiyasının sədri Tinatin Bokuçava bəyan edib ki, mandatdan və deputat toxunulmazlığından məhrum edilməsi “heç kəsi qorxutmayacaq və heç nəyi dəyişməyəcək”. Yaxın günlərdə Tbilisi, Batumi və Gürcüstanın digər şəhərlərində “57 siyasi məhbusun azad edilməsi”, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi və “Gürcü arzusu”nun faktiki olaraq kəsdiyi Aİ-yə üzvlüklə bağlı danışıqların bərpası tələbləri ilə yeni etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Fevral 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri