Icma.az
close
up
RU
Avropa Parlamenti sülh prosesinə mane olmaq üçün ikili standartlar tətbiq edir

Avropa Parlamenti sülh prosesinə mane olmaq üçün ikili standartlar tətbiq edir

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Avropa İttifaqı və Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyini tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamenti artıq uzun müddətdir erməni lobbisinin təsiri altında Azərbaycana qarşı ikili standartlara əsaslanan yanaşmanı gündəlik fəaliyyət normasına çevirib. Onun sözlərinə görə, bu siyasətin əsas məqsədi Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhə mane olmaqdır.

Ceyhun Məmmədov xatırladıb ki, uzun illər ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunmasına qarşı çıxan, ölkəni işğalla barışmağa çağıran Avropa qurumları sülh prosesinə real töhfə verməyiblər. Deputat vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına torpaqlarını azad edib və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır.

Deputat Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “strateji gündəlik” sənədinə də toxunaraq qeyd edib ki, həmin sənəddə cinayətkarların əsir kimi təqdim edilməsi və onların azad olunmasına dair çağırışlar Aİ-nin qərəzli mövqeyini açıq şəkildə nümayiş etdirir.

Ceyhun Məmmədov Xocalı soyqırımı, işğal dövründə dağıdılmış şəhər və kəndlər, məscidlər, qəbiristanlıqlar və digər dini-mədəni abidələrlə bağlı Avropa qurumlarının susqunluğunu tənqid edib. O bildirib ki, ermənilər təkcə müsəlman abidələrini deyil, Qarabağdakı xristian və alban irsini də məhv ediblər, halbuki Azərbaycan bu gün Şuşada və digər ərazilərdə kilsələr inşa edir, dağıdılmış abidələri bərpa edir.

Deputat Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtmaq hüququnun tanınmamasını da ikili standartların növbəti nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu məsələlərlə bağlı Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən indiyədək heç bir prinsipial mövqe ortaya qoyulmayıb.

Çıxışında Ermənistandakı daxili vəziyyətə də diqqət çəkən Ceyhun Məmmədov bildirib ki, bu ölkədə siyasi liderlər və din xadimləri təqib olunur, repressiyalar davam edir, lakin Avropa qurumları bu faktlara da göz yumur.

Deputat sonda vurğulayıb ki, Azərbaycan bölgədə sülhə nail olmaqda qərarlıdır və bütün təxribatlara baxmayaraq, Ermənistanla sülh prosesi davam etdiriləcək. Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi sənədlər Azərbaycan cəmiyyəti tərəfindən qətiyyətlə pislənir və bu cür addımlar sülh prosesini dayandıra bilməyəcək.

Afət ZİYADQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri