Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Avropa qiyafəli türk diplomat İrəvanda: ümidverici və həssas proses

Avropa qiyafəli türk diplomat İrəvanda: ümidverici və həssas proses

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Nazim Cəfərsoy: “Burada birinci məsələ ATƏT-in mövqeyi, ikinci məsələ Sinirlioğlunun şəxsi reaksiyasıdır”

Aprelin 20-də ATƏT-in Baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistana səfər edib. Erməni mediasının məlumatına görə, səfər çərçivəsində Sinirlioğlu ölkənin Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə Ermənistan-ATƏT münasibətləri və Ermənistan-Azərbaycan danışıqlarının gələcəyi müzakirə olunub.

Türk diplomat  Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyanla da görüşüb. Ermənistan XİN-in Mətbuat Xidmətindən bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə aparılan danışıqlar və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətindəki prosesləri müzakirə ediblər. Mirzoyan Azərbaycanla sülh sazişi mətninin razılaşdırılmasının bölgədə sabitliyin təmin olunması üçün önəmli mərhələ olduğunu bildirib.

Sinirlioğlunun İrəvana səfəri fonunda onun həm regiondakı sülh səylərinə, həm də ATƏT-in sonrakı fəaliyyət konturlarına dair mesajlar verdiyi bildirilir.

ATƏT rəsmisinin Ermənistana gəlişi ilə başlayan bölgə səfəri barədə AYNA.AZ-ın suallarını cavablandıran siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, adətən beynəlxal təşkilatların nümayəndələrin bölgəyə səfərlərində regional məsələlərə baxılır:

- Belə səfərlər çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan ziyarət edilir. Görünən odur ki, Sinirlioğlunun bölgəyə səfəri Ermənistandan başladı. Yəqin ki, türk diplomat Azərbaycana və Gürcüstana da təşrif buyuracaq.

Digər tərəfdən, Sinirlioğlunun İrəvandakı görüşləri bizi maraqlandıran iki məqamla diqqəti cəlb edir. Şübhəsiz ki, Ermənistanda keçirilən beynəlxalq səviyyəli hər görüş, müzakirələr, tədbirlər bizim üçün maraqlıdır. İki məqamdan birincisi ATƏT-in Baş katibi ilə Ermənistan XİN başçısının Minsk Qrupu ilə bağlı məsələni müzakirə etməsidir. Bu, bizim üşün çox önəmlidir. Çünki Azərbaycan tərəfi uzun müddətdir, haqlı olaraq Minsk Qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməsini tələb edir. Bakının ön şərtlərindən biri Minsk Qrupunun ləğvi məsələsidir. Görünən odur ki, Sinirlioğlu ilə Paşinyan və Mirzoyan arasındakı görüşlərdə sözügedən məsələyə dərindən baxılıb.

Hesab edirəm ki, Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanın mövqeyində də dəyişiklik var. Azərbaycan tərəfi bu tələbi səsləndirən zaman Ermənistanın reaksiyası daha sərt idi. Sonra bu tələbin üzərindən İrəvan sükutla keçirdi. Amma son vaxtlar İrəvandan verilən bəyanatlarda Ermənistan bildirir ki, sülh sazişi imzalansın, sonra ATƏT-ə birgə müraciət edilsin.

- Hətta, Mirzoyan Antalya Diplomatiya Forumunda bildirdi ki, sülh sazişi ilə eyni gündə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət edə bilərik...

- Bəli, İrəvanın son vaxtlar mövqeyi bu yöndədir. Hətta, Paşinyan özü də parlamentdəki çıxışında eyni mövqeni səsləndirdi. Əlbəttə, məncə, son olaraq Ermənistan Azərbaycanın bu tələbini qəbul edəcək. Çox güman ki, Mirzoyan Sinirlioğlu ilə görüşündə bu mövqeyi Baş katibin diqqətinə çatdırıb, sülh sazişi ilə Minsk Qrupunun ləğvi barədə müraciətin eyni gündə imzalanması istəyini ortaya qoyub.

- Sizcə, ATƏT Baş katibinin İrəvanın bu mövqeyinə münasibəti necə olub?

- Burada iki məsələ var ki, birincisi ATƏT-in qurum olaraq mövqeyi məsələsidir. ATƏT bu məsələyə daha əvvəllər susqunluqla reaksiya verirdi. Amma son görüşdən belə anlaşılır ki, məsələni ATƏT qurum olaraq öz gündəliyinə salıb. İkinci məsələ Sinirlioğlunun şəxs olaraq reaksiyasıdır. Məlumdur ki, Sinirlioğlu türk kökənli diplomatdır. Türk diplomatın, Türkiyənin ümumi olaraq Cənubi Qafqazda oynadığı pozitiv rolu nəzərə almalıyıq. Hesab edirəm ki, fərdi baxımdan da Sinirlioğlu bu məsələdə maraqlıdır. O, həm də Türkiyə XİN-də əhəmiyyətli vəzifələrdə olub, bölgə ilə bağlı məsələlərdən xəbərdardır, mövzuya hakimdir.

Sinirlioğlu Cənubi Qafqazda real sülhün yaranmasında maraqlı şəxs kimi görünür. Ümumiyyətlə isə, türk diplomatın ATƏT-də önəmli postda oturması sülhlə bağlı, Minsk Qrupunun ləğvi ilə bağlı pozitivdir. Lakin Ermənistanın revanşist qüvvələri üçün bu, eyni zamanda, manipulyasiya səbəbi ola bilər. Sabah revanşistlər deyəcəklər ki, “Paşinyan türklərlə bərabər Azərbaycanın tələblərini həyata keçirir, Ermənistanı təslim edir” və s.

- Sinirlioğlunun regiona səfəri Minsk Qrupunun ləğvi prosesini sürətləndirə bilərmi?

- Məsələnin bir neçə hissəsi var: Azərbaycanla bağlı hissə, Ermənistanla bağlı hissə, həmsədrlərlə bağlı hissə və Minsk Qrupunun digər üzvləri ilə bağlı hissə nəzərdə tutulmalıdır. Sinirlioğlunun orada rəhbərlikdə təmsil olunması bizim üçün pozitivdir. Lakin unutmaq olmaz ki, ATƏT beynəlxalq təşkilatdır və orada müxtəlif qruplar var. O qrupların da hərəsinin öz mövqeyi mövcuddur. Bütün hallarda, türk diplomatın ATƏT-in Baş katibi olması gözləntiləri artırır. Baş katib bir fransız, yaxud yunan olsaydı, gözləntilərimiz daha az olacaqdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri