Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 noyabr, AZƏRTAC
Kişi yığmamız təxminən bir ildir dünya çempionatına hazırlaşır. Komandamız təlim-məşq toplanışlarında ciddi hazırlıq keçib. Ölkəmiz ilk dəfədir ki, bu yarışa ev sahibliyi edir. Bu çempionat həm bizim, həm də idmançılarımız üçün böyük təcrübədir. Komandamız yüksək əhvali-ruhiyyə və əzmlə yarışa hazırlaşıb. İdmançılarımızdan uğurlu nəticələr gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı barədə danışan Azərbaycan komandasının baş məşqçisi Orxan Mustafayev deyib.
O bildirib ki, ev sahibi ölkə kimi komandadan gözləntilər daha böyükdür: “Üzərimizə ciddi məsuliyyət düşür. Bu məsuliyyəti layiqincə yerinə yetirmək üçün məşqçilər korpusu və idmançılarımız böyük ruh yüksəkliyi və əzmlə hazırlaşıblar. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Baş məşqçinin sözlərinə görə, bu idman növü ümumilikdə dörd yarış növündən ibarətdir: “Artıq yarışlara start verilib və komandamız hücum nərdivanı növündə nəticə göstərib. Ən böyük ümidimiz isə yarışın dördüncü günü keçiriləcək döyüş açılışı növünədir. Bu, həm də bizim peşəmizlə bağlı olduğu üçün həmin növə xüsusi hazırlaşmışıq. Komandamız dünya çempionatlarında və beynəlxalq turnirlərdə dəfələrlə iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növündə üçüncü yeri tutmuşuq. İnanırıq ki, ölkəmizdə, paytaxtımızda keçirilən yarışda həmin nəticəni təkrarlaya və daha yüksək nailiyyət əldə edə bilərik”.
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 04 Noyabr 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















