Icma.az
close
up
RU
Avropa Rusiya qarşısında tab gətirə biləcək? Hərbi ekspertdən açıqlama

Avropa Rusiya qarşısında tab gətirə biləcək? Hərbi ekspertdən açıqlama

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın əsas diqqəti  hazırda Rusiya və Belarusun birgə hərbi təlimlər keçirilməsinə yönəlib.  Qeyd edək ki, ABŞ zabitləri  Rusiya və Belarusun birgə keçirdiyi hərbi təlimləri müşahidə ediblər. Hərbi təlimləri izləyən 23 ölkənin hərbçilərinin içərisində amerikalılardan başqa, NATO-ya daxil olan daha iki ölkənin - Türkiyə və Macarıstanın nümayəndələri də yer alıb. Kremlin istəyi ilə atılan bu addım nəyə hesablanıb? 

Hərbi ekspert Səxavət Məmməd Moderator.az-a açıqlamasında bildirib ki, Rusiya və Belarusun  birgə hərbi təlimlər keçirməsi gözlənilən idi. Onun

sözlərinə görə, bu təlimlər əvvəlcədən planlaşdırılmışdı və buna görə də onların keçirilməsində xüsusi bir sürpriz yoxdur.

“Bəzi iddialara görə, Rusiya guya bu təlimlərdən sonra Avropa ölkələrindən birinə hücum edə bilər. Amma təlimlərin əvvəlcədən planlaşdırılması və onların açıq şəkildə izlənilməsi göstərir ki, vəziyyət belə deyil. Təlimləri yalnız NATO ölkələrinin nümayəndələri deyil, hətta amerikalı jurnalistlər də ərazidə izləyə biliblər və burada heç bir maneə yaradılmayıb.

Digər tərəfdən, Rusiya Ukrayna müharibəsində geri addım atmaq istəmir. Əksinə, Moskva bu müharibədə öz mövqeyini diktə etmək və qalib tərəf kimi çıxış etmək niyyətindədir.

Polşa üzərinə göndərilən dronlar məsələsinə gəlincə  Rusiya bununla  test etdi. Nəticədə ortaya çıxdı ki, Polşanın hava hücumundan müdafiə sistemi çox zəifdir. Eyni zamanda, bu addımla Rusiya göstərdi ki, Avropa ölkələri ümumiyyətlə müharibəyə girmək istəmirlər.

Hətta Polşanın müdafiə naziri belə açıq şəkildə bildirib ki, Avropa ölkələrinin Ukraynaya qoşun göndərməsini istəyirlər, lakin Avropanın özündə döyüşmək istəyi yoxdur. Bütün bunları nəzərə aldıqda aydın olur ki, Avropa ölkələri ciddi müharibəyə hazır deyillər. Onlar xüsusilə uzunmüddətli müharibələr üçün zəifdirlər və əsas problemlərdən biri də kadr potensialının zəif olmasıdır”,- deyə hərbi ekspert deyib.

Hərbi ekspert qeyd edib ki, Rusiya müharibəni genişləndirməklə əslində qarşısına iki əsas məqsəd qoyur:

“Ukrayna ilə müharibəni tam həll etmək və Avropaya təzyiq göstərmək. Rusiya dolayı yolla Avropanı şantaj edir. Mesaj belədir: ya Ukraynanı razı salın, ya da müharibəyə girməli olacaqsınız. Hazırda müharibənin olub olmayacağını dəqiq söyləmək çətindir. Çünki Avropa ölkələrinin hazırlıq səviyyəsi kifayət qədər aydın deyil. Amma Rusiya uzunmüddətli müharibəyə hazırdır. Əgər belə bir qarşıdurma başlasa, Rusiyanın əlini gücləndirən əsas amillərdən biri də taktiki nüvə silahından istifadə ehtimalıdır. Rusiyanın ərazisi çox genişdir — 17 milyon kvadrat kilometrdən çox. Avropada isə əksinə, əhali sıxlığı çox yüksəkdir. Rusiya belə addımları ilə Avropanı şantaj edir və onu öz şərtlərini qəbul etməyə məcbur etmək istəyir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri