Avropa Rusiyaya görə "parçalanır"...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AB daxilində Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqinə qarşı daxili müqavimət artır. Daha çox üzv dövlət özü üçün sanksiyalardan istisnalar tələb edir, çünki irimiqyaslı Avropa biznesi ruslarla əməkdaşlıqdan gələn qazanclarını qoruyub saxlamağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.
"Öz ölkələrinin şirkətlərinə zərər verə biləcək qərarlarla razılaşmağa hazır olan hökumətlərin sayı getdikcə azalır.
Danışıqlar masasında mənəvi zərurət getdikcə daha az əhəmiyyət kəsb edir.
Avropa hökumətləri sərt ritorikanı davam etdirsələr və həmrəylikdən danışsalar da, praktikada bu bəyanatlar çox vaxt konkret qərarlarla dəstəklənmir. İstisnalarla bağlı müraciətlərin miqyası misligörülməmiş həddə çatıb. Bu, sanksiyalara dair bütün yanaşma üçün ciddi bir böhrandır. Əgər hər kəs istisna və boşluqlar tələb edərsə, prosesin sonunda hər bir sanksiya paketi boş bir qutudan başqa bir şeyə çevrilməyəcək",- mənbə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 20 İyul 2026 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















