Avropa Şurasının Baş katibi: Gürcüstan hökuməti Xarici təsir qanununun məzmununu dəyişdirəcəyini vəd edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.
“Hökumət “Xarici təsirin şəffaflığı” haqqında qanunun məzmununu dəyişdirəcəyini vəd edib. Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən Venesiya Komissiyasından işçi qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklər edilməli olduğu müəyyən ediləcək”, - Alen Berse bildirib.
Baxış sayı:95
Bu xəbər 20 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















