Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 119 cu plenar iclasını keçirdib
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
9-13 mart 2026-cı il tarixlərində Avropa Şurasının İşgəncələr əleyhinə Komitəsi (CPT) 119-cu plenar iclasını keçirib.
Gununsesi.info bildirir ki, iclasda Komitə digər ölkələrlə yanaşı, həm də 2025-ci ilin sentyabr-oktyabr tarixlərində Azərbaycana etdiyi səfərin yekunlarına dair hesabatını qəbul edib.
Bu hesabat Azərbaycan hökumətinə göndəriləcək.
Qaydalara görə, yalnız hökümətin razılığı olduqda CPT-nin hesabatları ictimaiyyət üçün dərc edilə bilər.
Qeyd edək ki, 2024-cü ildə Komitə Azərbaycanın onunla əməkdaşlıqdan imtina etməsinə görə ictimai bəyanat yayaraq 2022-ci il üzrə Azərbaycana etdiyi səfər üzrə yekun hesabatı Azərbaycanın razılığı olmadan ictimailəşdirmişdir.
Komitə baş çəkmələrə dair hesabatlarında ətraflı göstərib ki, o, polis əməkdaşları tərəfindən baş verən işgəncə və pis rəftarla bağlı məlumatlar alır, lakin Azərbaycanın Xarici işlər nazirliyi Komitənin bununla bağlı tövsiyələrinin icrası üzrə hər hansı hərəkət etmir. Azərbaycan hakimiyyətinin Komitə prezidentinin məktublarına cavab verməməklə Komitə ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsi Konvensiyanın fundamental və misli görünməmiş pozuntusu sayılır.
Azərbaycanın Avropa Şurası və onun qurumları ilə əməkdaşlıq etməməsinə baxmayaraq, 2025-ci ilin sentyabr-oktyabr aylarında Komitənin üzvlərinə ölkədə bəzi istintaq təcridxanaları və müvəqqəti saxlama yerlərinə baş çəkmələrinə icazə verilmişdir.
Afət Abbasova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Mart 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















