Icma.az
close
up
RU
Avropa və ABŞ Ukrayna mövzusunda qarşı qarşıya gəlir Politoloqdan açıqlama

Avropa və ABŞ Ukrayna mövzusunda qarşı qarşıya gəlir Politoloqdan açıqlama

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa liderləri Ukrayna məsələsi ilə bağlı fövqəladə sammitə hazırlaşır. Görüşün əsas məqsədi, Qərbin ABŞ-Rusiya danışıqlarından kənarda qalmasına cavab olaraq yeni strategiya müəyyənləşdirməkdir. Bəs Tramp Qərbi danışqlardan kənarda saxlamaqla nəyə nail olmağa çalışır? 

Moderator.az-a açıqlama verən politoloq Oqtay Qasımov Ukrayna və Avropa İttifaqının liderləri ABŞ və Rusiya arasında başlayan danışıqlar prosesindən kənarda saxlanmalarından ciddi narahat olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu narazılıq açıq şəkildə ifadə olunub. Xüsusilə Almaniya kansleri və digər Avropa liderləri, eləcə də Ukrayna prezidenti bu məsələni gündəmə gətiriblər:

“ABŞ prezidenti son açıqlamasında Ukraynanın danışıqlara mütləq şəkildə daxil ediləcəyini bildirib. Lakin bu prosesin hansı mərhələdə baş verəcəyi hələ də qeyri-müəyyəndir. İlkin təəssürat ondan ibarətdir ki, ABŞ ilkin təmaslardan sonra Rusiya ilə müəyyən razılaşmalara gəlib, daha sonra Ukraynanı prosesə qoşmağı planlaşdırır. Digər tərəfdən, Ukrayna rəhbərliyi bu danışıqları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. Məhz bu səbəbdən Ukrayna prezidenti Volodimir Zelenski Avropa Ordusunun yaradılması təşəbbüsünü irəli sürüb”.

Politoloq onu da əlavə edib ki, Amerika Avropanı qarşısına alıb-almayacağı ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir:

“Lakin ABŞ-ən özünün son 100 ildə, xüsusilə də 1945-ci ildən sonra qurduğu Avropa qitəsini birdən-birə kənara qoyub Rusiya ilə anlaşmaya gedəcəyini düşünmürəm. Ən azı, bu məsələdə Avropanın tamamilə gözardı edilməsi ehtimalı azdır. ABŞ-ın Rusiyaya qarşı yanaşmasının taktiki bir addım olduğu da mümkündür. Trampın və onun komandasının niyyətlərini anlamaq olduqca çətindir, çünki onlar bir çox hallarda qeyri-adi və gözlənilməz qərarlar verirlər. Rusiya ilə danışıqların necə aparılacağı və bu təkliflərin gerçək niyyətləri zamanla daha aydınlaşacaq. Hələlik, Rusiya tərəfindən atılan jest kimi görünən bu təkliflərin, əslində Trampın komandası tərəfindən Rusiya ilə daha yaxın əməkdaşlıq məqsədilə atılan taktiki bir gediş ola biləcəyini qeyd etmək olar. 

Avropanın ABŞ və Rusiyanın eyni anda sanksiyalar tətbiq etməsi məsələsinə gəldikdə isə, bu da çox inandırıcı görünmür. Çünki Rusiyaya  çoxsaylı sanksiyalar tətbiq olunub. Bu sanksiyalar nəticəsində Avropa qitəsi, həm də bahalı enerji resursları almaq məcburiyyətindədir .

 O ki qaldı Avropanın Rusiya və Amerika bir yerdə sanksiya tətbiq etməsinə bu inandırıcı görünmür. Çünki Rusiyaya onsuz da sanksiyalar tətbiq olunur və 

 bu sanksiyalar nəticəsində Avropa qitəsi, həm də bahalı enerji resursları almaq məcburiyyətindədir. Avropa bunu göz önünə alıb. Çünki Avropa  üçün təhlükəsizlik məsələsi ciddi şəkildə qarşıda duran məsələdir. Sadəcə olaraq, Amerika tərəfindən Avropaya tariflər tətbiq olunacağı təqdirdə onlar da cavab tədbirləri görəcəklər. Hazırkı şəraitdə Trampın atdığı addımlar təbii ki, Avropa ölkələri arasında Avropa İttifaqı arasında ölkələr arasında müəyyən fikir ayrılıqlarını gücləndirə bilər. Bu ölkələr ki, Rusiya ilə danışıqların tərəfdarı idi, onların mövqeləri bir az da güclənə bilər. Hələlik bu proseslərə tələsik qiymət vermək doğru deyil".

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri