Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Avropa və Merkorsur arasında böyük razılaşma

Avropa və Merkorsur arasında böyük razılaşma

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

25 illik danışıqlar başa çatdı

Avropa İttifaqı (Aİ) 25 illik müzakirələrdən sonra Avropa fermerlərinin kəskin etirazlarına və dünyada azad ticarətin daraldığı ümumi tendensiyaya baxmayaraq, Cənubi Amerikanın aparıcı iqtisadiyyatları ilə “əsrin ticarət sazişi”ni təsdiqləmək qərarına gəlib. Aİ-yə üzv ölkələrin əksəriyyətinin ticarət nazirləri Braziliya, Argentina, Paraqvay və Uruqvayı birləşdirən Merkorsur bazar ittifaqı ilə razılaşmanı dəstəkləyiblər. Saziş Avropa bazarlarını Cənubi Amerikadan gətirilən ət, şəkər və digər kənd təsərrüfatı məhsulları üçün qismən açır, əvəzində isə Avropa şirkətlərinə avtomobilləri, dərman preparatlarını, şərabı və pendiri bu regiona gömrük rüsumu olmadan ixrac etmək imkanı yaradır.

Bu razılaşma Avropa İttifaqının ABŞ və Çinlə qlobal iqtisadi rəqabətdə mövqelərini gücləndirmək məqsədi daşıyır. Hazırda Aİ bu iki güclə rəqabətdə ciddi çətinliklərlə üzləşir. Dörd Cənubi Amerika ölkəsi üçün isə, ümumi əhalisi 270 milyon nəfər olan bu bazar dünyanın ən zəngin regionlarından biri olan, təxminən yarım milyard istehlakçını əhatə edən Avropa bazarına çıxış deməkdir. Almaniya kansleri Fridrix Merts razılaşmanın təsdiqlənməsindən sonra bunun həm Almaniya, həm də bütövlükdə Avropa üçün faydalı olduğunu bildirib, lakin 25 il davam edən danışıqların həddindən artıq uzun çəkdiyini və gələcəkdə bu cür proseslərin daha sürətli aparılmalı olduğunu vurğulayıb.

Sazişin qüvvəyə minməsi üçün onun Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur. Bununla yanaşı, Aİ-yə üzv olan 27 ölkənin hər biri sənədi ayrıca ratifikasiya etməlidir, əks halda razılaşma həmin ölkənin ərazisində tətbiq edilməyəcək. Almaniya və İspaniya kimi iri iqtisadi və siyasi çəkisi olan ölkələr sənədi ratifikasiya etməyə hazır olduqlarını bildirirlər. İrlandiya, Macarıstan, Polşa və xüsusilə Fransa kimi ölkələr isə daxili siyasi vəziyyəti və fermerlərin güclü etirazlarını nəzərə alaraq prosesi ləngidə bilərlər.

Bununla belə, razılaşmanın müəyyən hissələrinin milli parlamentlərin qərarını gözləmədən tətbiq olunması planlaşdırılır. Avropa Komissiyası ratifikasiya prosesini iki mərhələyə bölməyi təklif edib. Avropa İttifaqının müstəsna səlahiyyətlərinə aid olan maddələr ümumavropa səviyyəsində müvəqqəti olaraq qüvvəyə minəcək, digər hissələr isə üzv dövlətlərin parlamentlərində təsdiqlənəcək. Bu yanaşma Brüsselə sazişin iqtisadi effektlərini daha tez hiss etmək imkanı verəcək.

Avropa İttifaqı hazırda Merkorsur ölkələri üçün Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır və bu göstərici üzrə artıq ABŞ-ni geridə qoyub. Tramp administrasiyası dövründə ABŞ Latın Amerikasını özünün müstəsna maraq zonası elan etmiş və bu siyasətin tərkib hissəsi kimi, təxminən on il əvvəl daxildə azadlıqların boğulmasına görə Merkorsurdan kənarlaşdırılan Venesuelaya təzyiqləri artırmışdı. Aİ üçün isə sazişi imzalayan dörd Cənubi Amerika ölkəsinin iqtisadi əhəmiyyəti nisbətən məhduddur və onlar birlikdə Avropa İttifaqının ticarət tərəfdaşları siyahısında onuncu yeri tutur. Buna baxmayaraq, ticarət balanslı xarakter daşıyır və tərəflər bir-birinə ildə təxminən 55 milyard avro dəyərində məhsul satırlar.

Razılaşma ətrafında mübahisələr təkcə iqtisadi deyil, həm də ekoloji xarakter daşıyır. Avropada bir sıra siyasi qüvvələr və vətəndaş cəmiyyəti institutları bu sazişin Amazon meşələrinin qırılmasını sürətləndirə biləcəyindən narahatdır. Avropa Komissiyası isə bildirir ki, sənəddə ekoloji öhdəliklər və iqlimlə bağlı təminatlar yer alır və onların icrasına nəzarət mexanizmləri nəzərdə tutulub. Uzunmüddətli perspektivdə Brüssel bu razılaşmanı təkcə ticarət sənədi deyil, həm də Avropanın qlobal iqtisadi və geosiyasi mövqelərini möhkəmləndirən strateji addım kimi dəyərləndirir.

Səbuhi MƏMMƏDOV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri