Icma.az
close
up
RU
Avropa Xəbər Agentlikləri Alyansının baş katibi: “Şuşada olmaq qürur hissidir”

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi: “Şuşada olmaq qürur hissidir”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İllər öncə bizim əsas məlumat mənbəyimiz yalnız ənənəvi media idi. Bu gün isə informasiya sahəsi daha geniş, çoxşaxəli və mürəkkəb bir sistemə çevrilib. Artıq xəbərlər təkcə media orqanlarında deyil, sosial mediada da yaranır, yayılır və formalaşır”.
Demokrat.az xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib.
O qeyd edib ki, mürəkkəb informasiya axını içində insanın rolu daha da böyüyüb. İnsan artıq sadəcə informasiya istehlakçısı deyil, o, məlumatı qavrayıb dəyərləndirən, təhlil edən və nəticə çıxaran subyektdir. Hər bir fərd doğru ilə yalanı ayırd etməyi bacarmalıdır.
“Bəzi xəbərlər neytral olur, bəziləri isə birbaşa bizim şəxsi həyatımıza, qərarlarımıza, düşüncə tərzimizə təsir edir. İnformasiyanın forması və tonu insanı müəyyən bir qərar verməyə yönləndirə bilir. Elə buna görə də dezinformasiya, yəni məqsədli şəkildə yayılan yanlış məlumat bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir.
Ancaq sevindirici haldır ki, artıq bir çox insanlar bu yanlış axınları sezməyi, təhlil etməyi və fərqinə varmağı öyrənirlər. Bu da göstərir ki, informasiya savadlılığı getdikcə artır və bu sahədə görülən işlər nəticə verir”,- deyə Alexandru Giboi vurğulayıb.
O əlavə edib ki, bu gün biz yenidən qurulmuş bir şəhərlə, bərpa edilən Şuşa ilə üz-üzəyik. Burada olmaq, bu torpağın nəfəsini almaq böyük məsuliyyət və qürur hissidir:
“Mən buraya ilk dəfə gələndə bizə xəbərdarlıq edilirdi ki, ehtiyatlı olun, bəzi ərazilər minalanmış ola bilər. Lakin bu gün qarşımızda tam fərqli bir mənzərə var, dirçəlmiş, inkişaf edən və gələcəyə inamla addımlayan bir şəhər”. (Azərtac)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri