Icma.az
close
up
RU
Avropa yeni futbol mövsümü: Almaniyada əbədi favorit, dəyişən Real Madrid , sakit italyanlar

Avropa yeni futbol mövsümü: Almaniyada əbədi favorit, dəyişən Real Madrid , sakit italyanlar

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Avropanın yaşıl meydanlarında yeni futbol mövsümü start xəttindədir. Artıq İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Fransa Liqa 1-də çempionat başlayıb. Bu həftə onlara İtaliya A Seriyası və Almaniya Bundesliqası qoşulur. Beləliklə, komandalar gələn ilin mayına qədər uzanan marafona start verirlər.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İngilislərdən amansız rəqabət siqnalları

Bu mövsüm də azarkeşlərin diqqəti daha çox "Dumanlı Albion"a yönələcək. Ən populyar çempionat olan İngiltərə Premyer Liqasında bir neçə komanda kuboka iddialıdır. Son qalib "Liverpul" yayda etdiyi ciddi transferlərlə titulunu qorumaq niyyətindədir. Komanda mövsümə dörd qollu qələbə ilə başlayıb və yeni forvard Huqo Ekitike həm özü fərqlənib, həm də assist müəllifi olub. Mersisayd klubu bununla yenidən iddiasını ortaya qoymağı bacarıb.

4:0 hesablı darmadağınla başlayan "Mançester Siti", ilk görüşdə "Mançester Yunayted"dən minimal fərqlə güclü olmağı bacaran "Arsenal" da əsas favoritlərdəndir. Elə "qırmızı şeytanlar"dan da gözləntilər böyükdür. Ruben Amorimin rəhbərlik etdiyi kollektiv yayda transferlərə 230 milyon avro xərcləyib və hücum xəttinə 70 milyon avrodan artıq qiyməti olan üç oyunçu cəlb edib. Mütəxəssislər "mankunyanlar"ın bu mövsüm rəqabətədavamlı olacağını proqnozlaşdırırlar. "Çelsi" isə 280 milyon avroya heyətini daha da gücləndirməyə çalışıb. London təmsilçisi müxtəlif mövqelərə transferlər edib. Komanda qolsuz heç-heçə ilə başlasa da, klublararası dünya çempionatındakı qələbənin də təsiri ilə Premyer Liqada əsas favoritlərdən hesab edilir. Ümumilikdə, İngiltərədə mövsümün olduqca maraqlı və gərgin keçəcəyi gözlənilir.

Dəyişən "Real Madrid"

İspaniya çempionatında favoritlər dəyişməzdir. Yenə "Real Madrid" və "Barselona"nın çempionluq uğrunda mübarizə aparacağı şübhə doğurmur. Hər iki kollektiv mövsümə qələbə ilə başlayıb. "Real Madrid" evdə "Osasuna"nı minimal hesabla yenibsə, son çempion "Barselona" "Malyorka"ya rəqib meydanında üç cavabsız qol vurub. Kataloniya klubu heyətini demək olar ki, dəyişməyib. Komanda çox az transferlərlə kifayətlənib. Təkcə "Espanyol"dan Joan Qarsiyanın 25 milyon avroya alınmasını qeyd etmək olar. Markus Reşford isə "Mançester Yunayted"dən icarəyə götürülüb.

"Barsa"nın əzəli rəqibi "Real Madrid"də ciddi islahatlar gedib. İlk növbədə baş məşqçi postunda Karlo Ançelottini "Bayer"də xarüqələr yaradan Xabi Alonso əvəzləyib. Yeni mövsüm azarkeşləri ən çox maraqlandıran məsələlərdən biri məhz onun "kral klubu"ndakı fəaliyyətidir. Heyətə gəlincə, Luka Modriç, Lukas Vaskes kimi uzun illər ağ formanı tərlədən simalar yola salınıb. Əvəzində Trent Aleksander-Arnold, Din Huysen, Alvaro Karreras, Franko Mstantuono kimi adlar heyətə cəlb olunub. Trentə görə cəmi 10 milyon avro xərcə düşən madridlilər digər transferlər üçün böyük pullardan keçməli olublar. La Liqada Madridin digər təmsilçisi "Atletiko" və Bilbao "Atletik"inin çıxışı da maraqla gözlənilir.

Almaniya və Fransada əbədi favoritlər

Bundesliqa və Liqa 1-də bu dəfə də əsas iddialılardan bəhs ediləndə ilk olaraq "Bavariya" və PSJ-nin adı çəkilir. Hər iki komandanın xüsusi təqdimata ehtiyacı yoxdur. Onlar həm heyətlərinə, həm son illərdəki çıxışlarına görə bu il də əsas favorit sayılırlar. Çempionlar Liqasının son qalibi PSJ-yə müqavimət göstərə bilən klub, ümumiyyətlə, Liqa 1-də yoxdur. "Marsel", "Monako" kimi komandaların iddiası 2-ciliyədir. "Bavariya"da vəziyyət bir qədər fərqlidir. Münhen təmsilçisi iki il əvvəl çempionluğu "Bayer"ə uduzsa da, keçən mövsüm titulu geri qaytardı. Leverkuzen klubunda Xabi Alonsonun gedişindən sonra komandanın hansı səviyyədə olacağı əsas sual yaradan məqamlardandır. "Bavariya" üçün digər maneə yarada biləcək komanda isə əbədi və əzəli rəqib Dortmund "Borussiya"sıdır. Klub adəti üzrə bu yay bir neçə əsas futbolçusunu satsa da, yeni oyunçular cəlb edilib. Xüsusilə, "Real Madrid"in ulduzu Cud Bellinqemin qardaşı, 19 yaşlı Cob Bellinqemin necə çıxış edəcəyi maraq doğurur.

Sakit italyanlar

İtalyanlar millət olaraq hər nə qədər emosional hesab olunsalar da, "Buzovlar ölkəsi"nin futbol klubları yay transfer mövsümünü o qədər də səs-küylü keçirmədilər. Hətta prosesi "sakit" deyə ifadə etsək, yanılmarıq. Əksinə, Matteo Reteqi, Ticani Reynders, Teo Hernandez kimi ulduzlar A Seriyasını tərk etdilər. Bu yay İtaliyaya köçənlərə gəldikdə isə burada Kevin de Bruyne və Conatan Devidin adını qeyd etmək olar. De Bruyne "Mançester Siti"ni "Napoli"yə, Devid isə "Lill"i "Yuventus"a dəyişib. Onlar üçün də İtaliya klubları heç bir ödəniş etməyiblər. Bununla belə, Appenin yarımadasında bu il də gərgin rəqabət gözlənilir. "İnter" "Napoli"yə uduzduğu çempionluğu geri qaytarmaq istəyirsə, neapollular titulu qorumaq əzmindədir. "Yuventus", "Milan", "Roma" kimi klublar onlarla rəqabət aparmağa çalışacaqlar.

Ümumilikdə, yayda baş verən transferlər, komandalardakı heyət və məşqçi dəyişiklikləri Avropada futbol mövsümünün olduqca maraqlı keçəcəyini deməyə əsas verir. Artıq bir neçə tur sonra mövsümün qalanı ilə bağlı ilkin təxminləri daha dəqiq irəli sürmək mümkün olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Avqust 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri