Icma.az
close
up
RU
Avropa zad boş şeydi, yerinizdə oturun tovuzlu azarkeşlərin etiraz dalğası böyüdü!

Avropa zad boş şeydi, yerinizdə oturun tovuzlu azarkeşlərin etiraz dalğası böyüdü!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Turan Tovuz" Misli premyer-liqasının 29-cu tur matçında "Səbail"in meydanında heç-heçə etdi - 0:0.

"Football-plus.az" xəbər verir ki, bununla "bozqurd"un qələbə həsrəti 5 oyuna çatdı. Ümumiyyətlə, Kurban Berdıyevin avrokuboklara yollanmaq uğrunda mübarizə aparan komandası son beş matçda cəmi iki xal qazanıb.
Bayıl təmsilçisiylə qarşılaşmada itirilən xallar və bəzi futbolçuların, xüsusilə Veysəl Rzayevin onları tənqid edən azarkeşlərə sərt reaksiyası tərəfdarları özündən çıxarıb. Tovuzlular bu barədə fikirlərini klubun rəsmi "feysbuk" hesabının rəy bölməsində dilə gətirib. Sizi bəzi fikirlərlə tanış edirik.
Süleyman Qasımov: "Sadəcə, Alexandro Serranoya təşəkkür düşür, başqa heç biri bir qəpiklik oynamadı".
Amil Mehdiyev: "Komandanın oyun planı yoxdu. Ümumiyyətlə, nə oynadıqlarını bilmirlər. Cərimə etməkdən başqa heç nə eləmirlər. Əsəblərimizi korladız".
Ülvi İbrahimov: "Avropa-zad boş şeydi, yerinizdə oturun. Premyer-liqada qalmağa çalışan "Səbail"lə oyunda dəqiq zərbə vura bilmirsənsə, Avropada nə işin var? Bu oyunla Afrikaya gedə bilərsiz".
Tural Nəbi: "Şükür edin ki, bu il "Sabah" və "Neftçi" zəifdi".
Yaşar Mürsəlov: "Belə oyun və oyunçular ilə Avropada ancaq biabır olarıq".
İlkin İsmayılov: "İlk növbədə İman Həsənovu ayaqüstə, komandanın yanında görmək sevindirici idi. O kişi komandanın rəmzlərindən biridi. Oyun barədə danışmaq isə özünə zülm etməkdi. Olmayan şeydən necə danışasan? Komanda rəqib qapısına ilk zərbəni birinci hissəyə əlavə olunmuş dəqiqələrdə endirdi. İlk künc zərbəsi isə 57-ci dəqiqədə oldu. Hətta 1-ci liqada belə sönük oyunun olub-olmadığı mübahisəli məsəlidi. Rəhim Sadıxovun 90 dəqiqə meydanda olmasının səbəbini, yəqin ki, Berdıyevdən başqa heç kim bilmir. Yeganə təsəlli odu ki, Urtado çox keyfiyyətli müdafiəçidi. Oyundan sonra başverənlər isə tam bir rəzalət idi. Yerli oyunçulardan Veysəl, Sadiq, Mehman və Eltunun azarkeşlərə küçə söyüşləri söyməsi, hətta Veysəlin tribunaya qalxıb azarkeşləri vurmağa cəhd göstərməsi qudurğanlığın və tərbiyəsizliyin zirvə nöqtəsi idi. Hər nə olur-olsun, özünə peşəkar futbolçu deyən adamların bu hərəkətləri heç bir çərçivəyə sığmır. Komandanın bir çox əməkdaşı da hadisə yerindəydi. Ümid edirəm ki, onlar da oyunçular kimi ləyaqətsizlik etməyib klub rəhbərliyinə düzgün məlumat verəcəklər. Klub rəhbərliyi də lazımi tədbirlər görməsə, deməli, hələ görəcəyimiz günlər qabaqdadı. İki sektoru tovuzlu azarkeşlər doldurmuşdu və tam güclə komandaya dəstək olurdular. Yəni bu dəstəyin qarşılığı bu tərbiyəsizlik olmamalıydı..."
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri