Icma.az
close
up
RU
Avropada 5 ci, MDB də birinci: Kəlbəcərə daha qısa YOL FOTO+VİDEO

Avropada 5 ci, MDB də birinci: Kəlbəcərə daha qısa YOL FOTO+VİDEO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ən çətin relyeflərindən birində, Murovdağ silsiləsinin altında nəhəng infrastruktur layihəsi başa çatmaq üzrədir. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası ilə tanış olub, 11,7 kilometr uzunluğa malik Murovdağ tunelinin texniki açılışını ediblər.

Tunel Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Murovdağ tuneli yalnız Azərbaycanın deyil, həm də dünyanın ən uzun avtomobil tunellərindən biridir. Uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə birinci yeri tutur. Tunel dörd hərəkət zolağından ibarətdir, sağ və sol hissələri birləşdirən 38 keçid tuneli ilə təchiz olunub.

Tunelin açılışı gələn ilə nəzərdə tutulub. Avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub

Qeyd edək ki, Avropada və dünyada uzun avtomobil tunelləri strateji əhəmiyyətə malikdir. Norveçdəki Lærdal tuneli (24,5 km) hazırda dünyanın ən uzun yol tunelidir. İsveçrənin Gotthard yol tuneli (16,9 km) Alp dağlarının altında yerləşir və Avropanı şimal–cənub xətti üzrə birləşdirir. Avstriyanın Arlberg tuneli (13,9 km) və Fransa–İtaliya sərhədindəki Fréjus tuneli (12,8 km) də qitənin mühüm dağ keçidlərində nəqliyyatın təhlükəsizliyini təmin edir.

Murovdağ tuneli isə bu siyahıya qoşularaq regionda ən uzun avtomobil tuneli statusunu qazanır. MDB ölkələrində bu miqyasda heç bir yol tuneli yoxdur.

Layihə çərçivəsində əlavə olaraq ümumi uzunluğu 2636 metr olan dörd tunel də inşa olunur. Bu yol bölgənin kənd təsərrüfatı, turizm və ümumilikdə sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək.

Belə çətin coğrafi şəraitdə tunel inşası Azərbaycanın gücünü, iradəsini və yenidənqurma prosesinə verdiyi prioriteti nümayiş etdirir. Dünya təcrübəsi göstərir ki, uzun yol tunelləri yalnız nəqliyyat rahatlığı deyil, həm də strateji təhlükəsizlik, iqtisadi inteqrasiya və regional inkişaf üçün mühüm vasitədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri