Avropada avtomobillərin emissiyası ölkədən ölkəyə niyə dəyişir? ARAŞDIRMA
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Avropa ölkələrində yeni avtomobillərin orta karbon emissiyası üzrə göstəricilər açıqlanıb. Məlumatlar ölkələr arasında ciddi fərqlərin olduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyinin 29 Avropa ölkəsində 2025-ci ildə yeni qeydiyyata alınan avtomobillərlə bağlı məlumatlarını araşdıran “ViBilägare” jurnalı orta CO₂ emissiyalarını müqayisə edib.
Məlumata görə, 2025-ci ildə Avropada yeni qeydiyyata alınan avtomobillərin orta CO₂ emissiyası hər kilometrə 127,9 qram təşkil edib. Slovakiya isə hər kilometrə 132,8 qram göstərici ilə siyahının son sıralarında yer alıb.
Hər kilometrə təxminən 130 qram CO₂ emissiyası avtomobilin yanacaq sərfiyyatı barədə də müəyyən təsəvvür yaradır. Bu göstərici 100 kilometr məsafəyə təxminən 5,6 litr benzin sərfiyyatına uyğun gəlir.
CO₂ emissiyası qlobal istiləşməyə təsiri səbəbindən avtomobil sənayesində əsas göstəricilərdən biri hesab olunur. Avropa İttifaqında avtomobil istehsalçıları üçün orta 93,6 qram/km səviyyəsində emissiya limiti tətbiq edilir.
İstehsalçının avtomobil parkında bu hədd aşılarsa, limitdən artıq olan hər bir qram üçün satılan avtomobilə görə 95 avro məbləğində cərimə tətbiq olunur.
Siyahının digər ucunda Norveç qərarlaşıb. Ölkədə 2025-ci ildə satılan yeni avtomobillərin orta CO₂ emissiyası cəmi 3,8 qram/km olub.
Bu qədər aşağı göstəricinin əsas səbəbi Norveçdə yeni avtomobil bazarının demək olar ki, tamamilə elektrikli nəqliyyat vasitələrindən formalaşmasıdır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 Avqust 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















