Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Avropada hərbi balans: Britaniyanın Ukrayna strategiyasının sirləri

Avropada hərbi balans: Britaniyanın Ukrayna strategiyasının sirləri

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Böyük Britaniyanın Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirməsi hərbi dəstək mesajından əlavə,  həm də Londonun xarici siyasətində və NATO daxilində uzunmüddətli nəticələrə malik bir addımdır.

“100 milyon funt+” büdcə ayrılması Avropada hərbi yükün paylaşılmasını yenidən aktuallaşdırır və digər ölkələri daha fəal öhdəlik götürməyə sövq edə bilər.

Eyni zamanda, Moskvanın bu addımı necə qiymətləndirəcəyi, regionda gərginliyin artması və potensial eskalasiyanın dərəcəsi ilə bağlı ciddi suallar doğurur.

Böyük Britaniyanın mövqeyi, Ukrayna-Rusiya münaqişəsində yalnız hərbi yardım mesajı deyil, həm də siyasi təsir vasitəsi kimi qiymətləndirilə bilər. Bu baxımdan qərarın həm NATO daxilində, həm də Avropa və dünya arenasında yaratdığı dalğalar diqqətlə izlənməlidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən eks deputat, siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Böyük Britaniyanın Ukraynaya qoşun yerləşdirməyə hazır olduğunu bəyan etməsi yeni məsələ deyil:

"Qeyd etmək lazımdır ki, indiyədək 26 dövlət bu istiqamətdə oxşar niyyətini ifadə edib. Lakin bu təşəbbüslərin gerçəkləşməsi yalnız sülh sazişi imzalandıqdan sonra mümkündür. Avropa dövlətlərinin, eləcə də Böyük Britaniyanın əsas məqsədi ədalətli və davamlı sülh sazişinin əldə olunmasına nail olmaqdır. Böyük Britaniya hazırda Ukraynaya ən çox dəstək göstərən ikinci dövlətdir – Almaniyadan sonra. Bununla belə, bu nümunə, təəssüf ki, digər Avropa ölkələri, xüsusilə də Fransa üçün ilhamverici olmadı. Fransa bu məsələdə ən az yardım göstərən ölkələrdən biridir. Eyni zamanda, Paris sülh sazişi layihəsinin hazırlanmasını və tərəflərə qəbul etdirilməsini təklif edib".

Onun sözlərinə görə, bu, müəyyən mənada ABŞ-nin Qəzza bölgəsində tutduğu mövqeyə bənzəyir. Vaşinqton münaqişənin tərəflərinə təzyiq göstərə, prosesə təsir edə bilir:

"Təəssüf ki, Avropa İttifaqı belə bir təsir gücünə malik deyil və Rusiya da onunla hesablaşmaq niyyətində görünmür. Əslində, ABŞ istəsə, bu prosesə daha ciddi təzyiq göstərə bilərdi, lakin görünən odur ki, belə bir niyyəti yoxdur. Həm alyans daxilində aparılan danışıqlar, həm də son telefon söhbətləri və Budapeştdə planlaşdırılan görüş bir daha göstərir ki, Donald Tramp Putinlə bir çox məsələdə eyni mövqedə dayanır. Böyük ehtimalla, Budapeştdə əldə ediləcək razılaşma Ukraynaya təzyiq göstərməklə, onu sülh sazişini qəbul etməyə məcbur etmə cəhdlərinin tərkib hissəsi olacaq".

Abutalıb Səmədov: Çünki reallıq göstərir ki, döyüş əməliyyatları hazırda Rusiyanın üstünlüyü ilə davam edir

Politoloq vurğulayıb ki, bu vəziyyət təkcə Avropanı deyil, dünyanın əksər ölkələrini, o cümlədən bizi də narahat edir: 

"Böyük Britaniyanın qəbul etdiyi qərarlar və tutduğu mövqe hər nə qədər prinsipial görünsə də, təəssüf ki, Rusiya-Ukrayna müharibəsinin gedişatına ciddi təsir göstərə bilmir. Moskva Londona qarşı münasibətində onsuz da düşmənçilik mövqeyi tutur və bu addım həmin münasibəti dəyişməyəcək".

Sonda Abutalıb Səmədov vurğulayıb ki, regionda eskalasiya ehtimalı da azdır:

"Çünki reallıq göstərir ki, döyüş əməliyyatları hazırda Rusiyanın üstünlüyü ilə davam edir. Rusiya addım-addım Ukraynanın kəndlərini işğal edir və ağır templə də olsa, irəliləyir. Bu mənzərə, sözsüz ki, beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat etməlidir. Budapeştdə keçiriləcək görüş münaqişənin taleyində həlledici məqam ola bilər. Böyük ehtimalla, həmin görüşdən sonra Ukraynanı sülhə məcbur etməyə yönəlmiş təzyiqlər daha da artacaq".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri