Icma.az
close
up
RU
Avropada istilər buzlaqları sürətlə əridir: Alimlərdən təhlükə barədə xəbərdarlıq

Avropada istilər buzlaqları sürətlə əridir: Alimlərdən təhlükə barədə xəbərdarlıq

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropada qeydə alınan rekord istilər İsveçrədəki buzlaqların ərimə prosesini xeyli sürətləndirib. Alimlər vəziyyətin son dərəcə narahatedici olduğunu bildirirlər.

Qaynarinfo xəbər verir ki, "The New York Times"ın məlumatına görə, ardıcıl istilik dalğaları nəticəsində İsveçrə buzlaqlarında qar örtüyü adi illərlə müqayisədə xeyli tez əriməyə başlayıb. Bu isə buz səthinin birbaşa günəş şüalarına məruz qalmasına və ərimənin daha da sürətlənməsinə səbəb olur.

Federal Sürix Texniki Universitetinin (ETH Zurich) qlasioloqu Matthias Huss bildirib ki, hazırda buzlaqlarda adətən yalnız avqust ayında müşahidə olunan vəziyyət yaranıb. Onun sözlərinə görə, bu, ciddi narahatlıq doğurur.

Alimlər qeyd edirlər ki, Alp buzlaqları Avropanın su təminatında mühüm rol oynayır. Onlar çayları qidalandırır, içməli su ehtiyatlarını formalaşdırır, kənd təsərrüfatında və hidroenerji istehsalında istifadə olunur, həmçinin atom elektrik stansiyalarının soyudulmasında əhəmiyyətli rol oynayır.

Buzlaqlarda hər il qışda toplanan qar yaz aylarında qoruyucu buz qatını formalaşdırır. Lakin bu təbii qoruyucu qat erkən əridikdə, buz kütləsi birbaşa günəş şüalarına məruz qalır və itkilər artıq geri bərpa olunmur.

Mütəxəssislərin sözlərinə görə, bu proses Avropada gələcək 10–20 il ərzində su ehtiyatlarının sabitliyinə ciddi təsir göstərə bilər.

Bu ilin yazında İsveçrə buzlaqlarında qar ehtiyatı 2010–2020-ci illərin orta göstəricisindən təxminən 25 faiz aşağı olub. Ardınca Avropanı iki güclü istilik dalğası bürüyüb və Fransa, Böyük Britaniya, Almaniya və İsveçrə daxil olmaqla bir çox ölkədə rekord temperatur qeydə alınıb.

İqlimşünaslar bildirirlər ki, bu qədər uzunmüddətli və güclü istilik dalğaları insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə olmadan mümkün olmazdı.

Məlumata görə, 29 iyun tarixinə İsveçrə buzlaqlarında qar və buz həcmi adətən yalnız yayın sonlarında müşahidə edilən səviyyəyə düşüb.

Son 20 ildə İsveçrə buzlaqları hər il orta hesabla 1–4 faiz həcm itirir, bəzi isti illərdə isə bu göstərici daha da artır.

Alimlərin müşahidələri göstərir ki, bəzi buzlaqlarda cəmi 10 gün ərzində buz qalınlığı təxminən 1 metr azalıb. Hətta Alp dağlarının ən böyük buzlağı olan Böyük Aletsch buzlağında ərimə zonası yüzlərlə metr yuxarı qalxıb.

Mütəxəssislər bildirirlər ki, buzlaqların sürətlə əriməsi Avropada uzunmüddətli su qıtlığı və ekosistem dəyişiklikləri riskini artırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri