Icma.az
close
up
RU
Avropada ölümcül istilər gözlənilir Xəbərdarlıq edildi

Avropada ölümcül istilər gözlənilir Xəbərdarlıq edildi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb. Fransa, İspaniya, İtaliya, Almaniya, İsveçrə, Lüksemburq və bir sıra digər ölkələrdə qırmızı xəbərdarlıq elan edilib, bəzi bölgələrdə havanın temperaturunun 40-44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, Fransa Meteorologiya Agentliyi ölkə ərazisinin yarıdan çoxunda ən yüksək – qırmızı təhlükə səviyyəsinin tətbiq edildiyini açıqlayıb. Bordo şəhərində termometrlər artıq 42 dərəcəni göstərib, Parisdə isə yaxın günlərdə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.

İsti hava səbəbindən Fransada 845 məktəb tamamilə bağlanıb, daha 1800 məktəbdə isə dərslər vaxtından əvvəl başa çatdırılıb. Buna baxmayaraq, bir milyondan çox lisey şagirdi buraxılış imtahanlarını verməyə davam edir.

İstilik artıq insan tələfatına da səbəb olub. Fransanın Karpentras şəhərində avtomobildə qalan iki və dörd yaşlı iki uşaq həyatını itirib. Jirond bölgəsində isə yaşı 80-95 arasında olan üç nəfərin həddindən artıq istilərin təsirindən öldüyü bildirilib. Hökumət həftəsonu 13 nəfərin suda boğularaq ölməsindən sonra vətəndaşları nəzarətsiz göl və çaylarda sərinlənməməyə çağırıb.

İspaniyada Dövlət Meteorologiya Agentliyi bəzi ərazilərdə temperaturun 44 dərəcəyə çatacağını açıqlayıb. Bask bölgəsində qırmızı xəbərdarlıq elan olunub, San-Sebastyanda isə havanın 40 dərəcəyədək isinməsi gözlənilir.

İtaliyada Milan, Turin, Venesiya, Bolonya, Florensiya və Roma da daxil olmaqla, 12 şəhərdə qırmızı xəbərdarlıq qüvvədədir.

Almaniyada temperaturun 38 dərəcəyə yüksəlməsi fonunda həftəsonu 5 nəfər üzərkən  ölüb.

Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərə və Uelsin bəzi bölgələri üçün nadir hallarda tətbiq olunan qırmızı istilik xəbərdarlığı yayıb. Ölkənin bəzi ərazilərində temperaturun 38 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Yunanıstanda isə isti hava və güclü küləklər meşə yanğınlarını sürətləndirib. Akraifnio yaxınlığında baş verən yanğın səbəbindən əsas magistral yollardan biri müvəqqəti bağlanıb.

Belçikada rekord istilər gözlənildiyindən dəmir yolu şirkəti bəzi pik saat reyslərini ləğv edib.

Meteoroloqlar bildirirlər ki, isti hava axını Böyük səhradan gələn kütlələrin Avropa üzərində qalması nəticəsində yaranıb və bu, son illərin ən uzunmüddətli istilik dalğalarından birinə çevrilə bilər.

Alimlər isə təkrarlanan və daha intensiv isti dalğalarının qlobal iqlim dəyişikliyinin əsas göstəricilərindən biri olduğunu vurğulayırlar. Bildirilir ki, Fransada 1947-ci ildən bəri qeydə alınan 51 isti hava dalğasının 34-ü 2000-ci ildən, 26-sı isə 2011-ci ildən sonra baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri