Icma.az
close
up
RU
Avropada istilərdən 1300 adam ölüb

Avropada istilərdən 1300 adam ölüb

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 21-dən bəri Avropada ekstremal istilərlə əlaqədar 1300-dən çox ölüm halı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir və burada temperatur artımı qlobal orta göstəricidən iki dəfə yüksəkdir.

“Hazırda 150 milyon insan ekstremal istilər şəraitində yaşayır. Yüzlərlə insan həyatını itirib, məktəblər bağlanıb, elektrik şəbəkələri sıradan çıxır”, – deyə o vurğulayıb.

Qebreyesusun sözlərinə görə, istilik stressi çox vaxt “səssiz qatil” adlandırılır və Avropadakı evlər, iş yerləri, eləcə də məktəblər bu cür yüksək temperaturlara uyğun layihələndirilməyib.

O qeyd edib ki, ÜST üzv dövlətlər və tərəfdaşlarla birlikdə ekstremal istilərin sağlamlıq üçün yaratdığı risklərin azaldılması istiqamətində çalışır. Təşkilat Avropa ölkələrini iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinə qarşı daha geniş strategiyanın tərkib hissəsi kimi isti hava şəraitində fəaliyyət planları hazırlamağa çağırıb.

Qeyd edək ki, iyunun sonlarında anomal istilər Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrini əhatə edib.

Bundan əlavə, qeyri-adi isti hava Rusiyanın qərb və şimal bölgələrində də müşahidə olunur. Xüsusilə Kalininqrad vilayətində rekord temperatur qeydə alınır.

Sinoptiklərin proqnozuna görə, həftənin ortalarından etibarən isti hava Moskva və ətraf bölgələrə də çatacaq. Rusiya paytaxtında +25 dərəcədən yuxarı temperatur artıq isti hava hesab olunur. İyulun 2-4-də gündüz saatlarında havanın temperaturunun +25, +30 dərəcəyə yüksələcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri