Icma.az
close
up
RU
Avropada “kiçik orta” şirkətin tərifini dəyişir

Avropada “kiçik orta” şirkətin tərifini dəyişir

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) xüsusilə böyümə mərhələsində olan şirkətlərə dəstək vermək üçün “kiçik-orta” şirkətlərin tərifini dəyişdirəcək və işçilərin sayını 250-dən 750-yə yüksəldəcək qaydalar tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa Komissiyası müxtəlif Aİ qanunvericiliyindən azad ediləcək yeni bir "kiçik və orta ölçülü" şirkət kateqoriyasının yaradılmasını nəzərdə tutan tənzimləmə təklifi irəli sürüb.

Avropa Komissiyasının açıqlamasında bildirilir ki, bu tənzimləməyə əsasən, işçi sayı 750-dən, illik dövriyyəsi 150 milyon avrodan və ya ümumi aktivlərinin dəyəri 129 milyon avrodan çox olmayan şirkətlər "kiçik və orta ölçülü" kimi qəbul ediləcək.

Açıqlamada Aİ daxilində təxminən 38 min şirkətin bu kateqoriyaya daxil olacağı vurğulanıb və bu şirkətlərin Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR), Maliyyə Alətləri Bazarları Direktivləri və Batareyaların İdarə Olunması Qaydaları kimi müxtəlif tənzimləmələrdən azad ediləcəyi qeyd olunub.

Hazırda Aİ ölkələrində kiçik və orta müəssisələr (KOB) 250 nəfərdən artıq işçisi olduqda iri müəssisə hesab olunur və bu zaman uyğunluq tələbləri və bürokratik prosedurlar artır. 250-dən az işçisi olan şirkətlər isə bəzi hesabatlılıq tələblərindən azaddır.

Yeni təkliflə bu həddin 750 işçiyə qədər yüksəldilməsi, xüsusilə inkişaf mərhələsində olan şirkətləri dəstəkləməyi hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://banco.az
archiveBu xəbər 21 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri