Icma.az
close
up
RU
Siyasi islam Qərbdə tədricən yüksəlməkdədir POLİTOLOQ

Siyasi islam Qərbdə tədricən yüksəlməkdədir POLİTOLOQ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-da keçirilən aralıq seçkilərinin diqqət çəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, 42 yaşlı Demokratlar Partiyası təmsilçisi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində Senata seçilən ilk müsəlman oldu:

"Ümumiyyətlə, son zamanlar ABŞ və Avropanın bir sıra ölkələrində müsəlman icmalarının demoqrafik çəkisi artır, onların siyasi proseslərdə iştirakı genişlənir və bu dəyişikliklər tədricən dövlət institutlarında da öz əksini tapır.

Misal üçün, Böyük Britaniyanın statistikası bu tendensiyanı aydın göstərir. 2011-ci ildə İngiltərə və Uels əhalisinin 4,9 faizi özünü müsəlman kimi təqdim edirdisə, 2021-ci ildə bu göstərici 6,5 faizə yüksəlib. Müsəlman əhalinin sayı 2,7 milyondan 3,9 milyona çatıb. Daha diqqətçəkən məqam isə yaş strukturudur: 2021-ci il siyahıya alınmasına əsasən, İngiltərə və Uelsdə müsəlmanların median yaşı 27 olub. Bu, ölkənin ümumi əhalisinin median yaşından xeyli aşağıdır. Deməli, söhbət yalnız mövcud əhalinin artımından deyil, gələcək seçici nəslin formalaşmasında da payı böyüyən icmadan gedir.

Bu demoqrafik dəyişiklik artıq siyasi təmsilçilikdə də görünür. 2024-cü il parlament seçkilərindən sonra Britaniya İcmalar Palatasında müsəlman deputatların sayı rekord həddə – təxminən 25 nəfərə çatıb. Londonda isə müsəlman mənşəli siyasətçi Sadiq Xanın mer seçilməsi bu prosesin daha əvvəl başlamış nümunələrindən biridir.

ABŞ-da da oxşar dinamika müşahidə olunur. “Pew Research Center”in 2026-cı il məlumatına görə, ölkədə müsəlmanların sayı təxminən 5,5 milyona çatıb. 2007-ci ildə bu rəqəm 2,4 milyon idi. Eyni zamanda, ABŞ-da müsəlman seçilmiş vəzifəli şəxslərin sayı da artır. CAIR təşkilatının 2026-cı il hesabatında ölkənin 26 ştatında müxtəlif səviyyələrdə fəaliyyət göstərən 255 seçilmiş vəzifəli müsəlman şəxs qeydə alınıb. Abdul El-Sayedin Senata seçilməsi bu prosesin indiyədək ən yüksək federal siyasi səviyyədəki nəticəsidir.

Müsəlman icmaları artıq yalnız seçkilərdə müəyyən namizədlərə dəstək verən sosial qrup deyil, öz siyasi təmsilçilərini irəli sürən, seçki nəticələrinə təsir göstərən və ictimai gündəliyin formalaşmasında iştirak edən siyasi aktora çevrilirlər. Bu isə öz növbəsində “siyasi islamın” tədricən Qərbdə yüksəlməsi deməkdir.

Düzdür, Abdul El-Sayed özünü ilk növbədə Miçiqan seçicilərinin təmsilçisi kimi təqdim edir. Onun siyasi platforması səhiyyənin əlçatanlığı, sosial təminat, iqtisadi bərabərsizlik və korporativ təsirin məhdudlaşdırılması kimi məsələlərə əsaslanır. Eyni zamanda, Qərbdə müsəlman kimliyi ilə tanınan bir sıra siyasətçilər LGBT hüquqlarını, dünyəvi idarəçilik modelini və liberal siyasi gündəliyi dəstəkləyirlər.

Lakin bu məqam ümumi tendensiyanın əhəmiyyətini azaltmır. Əksinə, göstərir ki, Qərbdə müsəlman icmalarının siyasi inteqrasiyası vahid ideoloji xətt üzrə getmir. Onların bir qismi liberal siyasi sistem daxilində fəaliyyət göstərir, digərləri isə dini və mədəni kimliklərinin ictimai-siyasi həyatda daha geniş təmsil olunmasını istəyirlər. Bütün bu fərqli mövqeləri birləşdirən əsas amil isə müsəlman kimliyinin siyasi həyatda əvvəlki dövrlərlə müqayisədə daha görünən və təsirli olmasıdır.

Reallıq ondan ibarətdir ki, demoqrafik çəkisi artan, gənc əhali strukturuna malik olan və siyasi institutlarda daha geniş təmsilçilik qazanan icmanın gələcək seçkilərə və siyasi qərarlara təsiri də artacaq.

Abdul El-Sayedin Senata seçilməsi bu baxımdan sadəcə fərdi siyasi uğur deyil. Bu, ABŞ-da müsəlmanların siyasi təmsilçiliyinin yeni mərhələyə keçdiyini göstərən tarixi hadisədir. Böyük Britaniyada müşahidə olunan demoqrafik və siyasi dəyişikliklərlə birlikdə qiymətləndirildikdə isə daha geniş bir tendensiyanın tərkib hissəsi kimi görünür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri