Avropada ötən ay təbii qaz 27 faiz ucuzlaşıb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin fevral ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar (spot – red.) qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,27 ABŞ dolları səviyyəsində olub.
525.az xəbər verir ki, fevralda TTF satış mərkəzi üzrə qazın orta qiyməti aylıq müqayisədə 6%, illik müqayisədə isə 27% azalıb.
Hesabatda bildirilir ki, fevral ayında NBP qaz satış qovşağında (Böyük Britaniyanın əsas virtual qaz ticarət məntəqəsidir və Avropada təbii qazın spot bazarı üzrə ən nüfuzlu mərkəzlərdən biri hesab olunur – red.) qazın orta spot qiyməti 10,79 dollar təşkil edib, bu da aylıq müqayisədə 12%, illik müqayisədə isə 30% azalma deməkdir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Baxış sayı:81
Bu xəbər 31 Mart 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















