Avropada TikTok şəbəkəsinə 530 milyon avro cərimə cəzası verildi Səbəb
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, İrlandiyanın Məlumatların Müdafiəsi Komissiyası Çinin "TikTok" sosial şəbəkəsin sahibi olan "ByteDance" şirkətini avropalı istifadəçilərin məlumatlarını Çinə verməkdə ittiham edib. Komissiyanın qərarı ilə şirkətə 530 milyon avro cərimə cəzası verilib. Komissiya qayda pozuntularını aradan qaldırmaq üçün "ByteDance" şirkətinə altı ay möhlət verib.
"TikTok" istifadəçilərinin məlumatlarının Çinin hakimiyyət orqanlarının giriş imkanı olan serverlərdə saxlanıldığı aşkar edilib. Bu isə Avropa İttifaqına mövcud olan qaydaların pozulmasıdır. Həmin qaydalara əsasən, avropalılar barəsindəki məlumatları başqa ölkələrin hakimiyyətlərinə vermək qadağandır.
"TikTok" şəbəkəsinin təmsilçiləri qərardan şikayət edəcəyini bildiriblər. Qeyd ediblər ki, Çin hakimiyyəti heç vaxt Avropa vətəndaşlarının məlumatlarını almaq tələbi ilə onlara müraciət etməyib və onlar da heç vaxt həmin məlumatları verməyiblər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 02 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















