“F1”də gizli Santa: Pilotlar bir birilərinə zarafatla qəribə hədiyyələr veriblər
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Formula-1”in rəsmi YouTube kanalı illik ənənəvi “Gizli Santa” bölümünü yayımlayıb.
İdman.Biz xəbər verir ki, ənənəyə görə, bu bölümdə “F1” pilotları bir-birlərinə hədiyyələr verirlər.
2025-ci ildəki maraqlı hədiyyələr arasında diqqət çəkənlərdən biri ikiqat “Formula-1” çempionu Fernando Alonsoya təqdim edilən hədiyyədir. “Aston Martin”in pilotuna onun yaşına işarə edən əsa verilib. Bu hədiyyənin müəllifi “Kick-Sauber” komandasının pilotu Niko Hülkenberdir.
“Mercedes”in pilotu Corc Rassel də maraqlı hədiyyə alıb: “Ferrari” pilotu Şarl Lekler ona Niderland Qran Prisində britaniyalı pilotu trekdən kənara çıxaran monakolu pilotun çərçivəyə salınmış fotosunu verib. Rassel hədiyyəyə olduqca emosional reaksiya verib:
“Oh, iyrənc, iyrənc! Onun tərəfindən necə də sevimlidir. Qanunsuz ötmə, başqalarını trekdən çıxarmaq... Bunu mən öz qonaq otağımdan asacağam? Daha sözüm yoxdur! Ola bilsin, mən də ona başqa foto hədiyyə elədim- Kiminin bir neçə dövrədən sonra onu yarışdan çıxarmasının fotosunu”, - Corc deyib.
Lekler də eyni dərəcədə maraqlı bir hədiyyə alıb. “Alpine”dən olan fransız Pyer Qasli ona “Yaxşı ər necə olmalıdır” kitabını hədiyyə edib. Xatırladaq ki, Lekler 2025-ci ilin noyabr ayında sevgilisinə evlilik təklifi etmişdi.
Baxış sayı:51
Bu xəbər 24 Dekabr 2025 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















