Icma.az
close
up
RU
Avropada transfer çılğınlığı: 20 futbolçuya 2,2 milyard avro xərcləndi

Avropada transfer çılğınlığı: 20 futbolçuya 2,2 milyard avro xərcləndi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026/27 mövsümü öncəsi Avropada yay transfer pəncərəsi başa çatıb. Transferlərin son günündə həyata keçirilən yüksək məbləğli keçidlər sayəsində mövsümün ən bahalı transferləri siyahısı diqqətçəkən mənzərə yaradıb.
Demokrat.az
xəbər verir ki, siyahının ilk pilləsində “Çelsi”dən “Mançester Siti”yə keçən Enzo Fernandes qərarlaşıb. İngiltərə klubu argentinalı yarımmüdafiəçi üçün 145 milyon avro ödəyib.
İkinci sırada “Aston Villa”dan “Çelsi”yə transfer olunan Morgan Rocers yer alıb. London təmsilçisi bu keçid üçün 138 milyon avro xərcləyib. İlk üçlüyü isə “Nottingem Forest”dən “Mançester Siti”yə keçən Elliot Anderson tamamlayır. Onun transferinin dəyəri 135 milyon avro olub.
İlk 10-luqda İngiltərə klublarının üstünlüyü
Ən bahalı 20 transferin böyük hissəsi İngiltərə Premyer Liqası klublarının iştirakı ilə reallaşıb. İlk 10-luqda yalnız iki transferdə Premyer Liqadan kənar klub iştirak edir.
Dördüncü pillədə PSJ-dən “Liverpul”a keçən Bredli Barcola qərarlaşıb. İngiltərə klubu fransalı futbolçu üçün 125 milyon avro ödəyib.
Eyni məbləğlə “Leypsiq”dən “Real Madrid”ə transfer olunan Yan Diomande də ilk beşliyə daxil olub.
Altıncı yerdə “Nyukasl”dan “Tottenhem”ə keçən Sandro Tonali qərarlaşıb. London klubu italiyalı yarımmüdafiəçi üçün 108 milyon avro ödəyib.
“Tottenhem” daha iki yüksək məbləğli transferə imza atıb. Mateus Fernandes 99 milyon, Savinyo isə 87,7 milyon avroya London klubuna keçib. “Mançester Siti”nin “Lill”dən Ayoub Buaddini 95 milyon avroya transfer etməsi isə ilk 10-luğa daxil olub.
İlk onluğu 87,5 milyon avro qarşılığında “Nyukasl”dan “Tottenhem”ə keçən Bruno Gimaraes tamamlayıb.
“Mançester Siti” və “Tottenhem” böyük xərclədi
Siyahıda ən çox diqqət çəkən məqamlardan biri bəzi klubların bir neçə bahalı transferlə ilk 20-liyə üstünlük təşkil etməsidir.
“Mançester Siti” Enzo Fernandes, Elliot Anderson və Ayoub Buaddi ilə yanaşı İliman Ndiayeni də heyətinə qatıb. “Tottenhem” isə Sandro Tonali, Mateus Fernandes, Savinyo və Bruno Gimaraes üçün ümumilikdə 382 milyon avrodan çox vəsait ödəyib.
İlk 20-liyə daxil olan futbolçular arasında digər diqqətçəkən keçidlərdən biri də Entoni Qordonun “Nyukasl”dan “Barselona”ya transferidir. Kataloniya klubu ingilis hücumçu üçün 80 milyon avro ödəyib.
“Mançester Yunayted” “Brayton”dan Karlos Balebanı 75,9 milyon avroya, “Milan” isə PSJ-dən Qonsalo Ramosu 74 milyon avroya transfer edib.
İlk 20-likdə son pillələr
Siyahının 14-cü pilləsində 70 milyon avro qarşılığında “Everton”dan “Mançester Siti”yə keçən İliman Ndiaye yer alıb. “Al-Hilal” isə “Vest Hem”dən Kresensio Summervilli 64,5 milyon avroya transfer edib.
“Liverpul” Rennesdən Ceremi Jakeni 63,6 milyon avroya heyətinə qatıb. “Əl-Qadsiyə” isə “Mançester Siti”dən Ticanı Reynders üçün 61 milyon avro ödəyib.
“Çelsi” Maksens Lakruanı 60,7 milyon avroya “Kristal Pelas”dan transfer edib. “Barselona” isə “Mançester Siti”nin ulduzu Rodri üçün 60 milyon avro xərcləyib.
İlk 20-liyin sonuncu pilləsində isə “Frayburq”dan “Aston Villa”ya keçən Johan Manzambi qərarlaşıb. Onun transfer məbləği 60 milyon avro təşkil edib.
Beləliklə, 2026-cı ilin yay transfer pəncərəsində Avropanın nəhəng klubları xüsusilə yarımmüdafiə xəttinin gücləndirilməsinə böyük vəsait yönəldib. Siyahıda yalnız yarımmüdafiəçilərə ödənilən məbləğlərin belə yüz milyonlarla avroya çatması transfer bazarında qiymətlərin hansı səviyyəyə yüksəldiyini göstərir.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Sentyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri