Avropada virus həyəcanı: Yoluxmalar artır, ölənlər var
Icma.az, Sitat.info saytına istinadən bildirir.
Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının sayı artır.
Sitat.info xəbər verir ki, Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən 232 yoluxma qeydə alınıb, onlardan 165-də virusun mərkəzi sinir sisteminə təsir etdiyi müəyyənləşib. Bu xəstələr arasında ən kiçiyinin 13 yaşlı uşaq olduğu açıqlanıb.
Virus səbəbilə ölkədə 19 nəfər həyatını itirib və ölənlərin hamısının 66 yaşdan yuxarı olduğu bildirilib.
Avqustun 9-dan 26-dək 75 yeni yoluxma aşkarlanıb. Virusun at, eşşək və qatırlarda da yayıldığı, ümumilikdə 9 yaşayış məntəqəsində heyvanlarda qeydə alındığı açıqlanıb.
Mütəxəssislər bildirirlər ki, yoluxmaların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Ağır hallarda isə ensefalit və meningit kimi nevroloji xəstəliklər yarana bilər. Virus əsasən ağcaqanadlar vasitəsilə insanlara keçir.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Avqust 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















