Icma.az
close
up
RU
Yoluxmalar artır qorunma zəruridir

Yoluxmalar artır qorunma zəruridir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

“Bu günlərdə mövsümi virus infeksiyaları geniş yayılıb. Demək olar ki, hər gün ətrafımızda bu və ya digər virus xəstəliyinə yoluxan insanların artdığını görürük. Xəstələnənlərin sayı getdikcə çoxalır. Epidemioloji durum həm uşaqlar, həm də böyüklər üçün təhlükəli hala çatıb”.

“Leyla” klinikasının aparıcı pediatrı Sahib Cəfərov mövcud epidemioloji vəziyyətlə bağlı “XQ”yə bu açıqlamasının davamında dedi ki, xüsusilə hava şəraitinin dəyişkənliyi, temperatur fərqləri və immun sisteminin zəifləməsi virusların daha sürətlə yayılmasına şərait yaradır. Nəticədə tənəffüs yolları infeksiyaları, qripəbənzər əlamətlər və ümumi halsızlıq halları daha tez-tez qeydə alınır. Bütün bunlar təcili və təxirəsalınmaz xidmətə edilən müraciətləri də çoxaldıb.

– Doktor, bəs özümüzü mövsümi virus infeksiyalarından necə qoruyaq?

– Virus infeksiyalarının ilboyu yayılması, xüsusilə də noyabrdan başlayaraq artan dinamikada təzahürü məntiqi görünür. Çünki qrip – influenza, xüsusilə A forması yenidən peyda olur. Qripin 2 min-dən çox ştammı var. Qarşıdakı illərdə qrip pandemiyasının olma ehtimalı da elmi proqnoz olaraq ÜST-ün xəbərdarlığı kimi qeyd olunmuşdur.

Bu gün ölkəmizdə qriplə yanaşı, SARS-2 virusunun Omicron ştamının mutasiya variantları davam etməkdədir. Bununla yanaşı, respirator sinsitial virus, metapnevmovirus da yayılmışdır. Bunlar hava-damcı yolu ilə yoluxduğundan yayılma potensialı böyükdür. Bu respirator virus infeksiyaları analoji əlamətlərlə – öskürmə, asqırma, zökəm, yüskək hərarət, bel, əzələ və başağrıları, ümumi halsızlıq, zəiflik şikayətləri ilə özünü göstərir.

Müsahibimiz onu da qeyd etdi ki, insanlar yoluxduğu ilk günlər buna əhəmiyyət vermədikdə ciddi fəsadlara səbəb ola bilir:

– Xəstəlik aşağı tənəffüs yollarına nüfuz edərək ağciyər iltihabına, ödeminə, həyati vacib orqanların zədələnməsinə, interferonun düşük olduğu xəstələrdə immun sistemin tətiklənməsinə və aşırı immun və humoral reaksiyalara səbəb ola bilər.

Viruslar həyatın qeyri-hüceyrəvi forması olduğundan onlar yaşamaq və artıb çoxalmaq üçün əvvəlcə hüceyrə daxilinə keçir, hüceyrənin resurslarından istifadə edib replikasiya edir, yəni artıb çoxalır, hər yeni yaranmış viriona isə yeni hüçeyrə tələb olunur. Nəticədə, qısa müddətdə yüksək virulentli viruslar, xüsusilə böyük titrlə bədənə daxil olduqda orqanizmdə yaratdığı dağıdıcı proseslər o qədər sürətli olur ki, onlar həyatla bir araya sığmır. Bu isə ağır fəsadlara yol açır və ölümlə nəticələnir. Statistikaya görə, hər il dünyada qripdən 200 mindən 700–800 min nəfərə qədər insan tələfatı qeydə alınır.

Həkim bu cür fəsadlardan uzaq olmağın yollarından da danışdı:

– Respirator virus infeksiyaları ilə xəstələnmə xaricdə soyuqdəymə xəstəlikləri adlanır. Bu zaman xəstələrə ilk tövsiyə olunan vasitələr – insanlardan təcrid olunma, yataq rejimi, bol maye qəbulu, fiziki aktivliyin artırılması, vitaminli qidaların (meyvə-tərəvəzin) bol qəbulu kimi tədbirlərdən ibarətdir.

Hər bir şəxsin devizi bu olmalıdır: Xəstələnməmək və başqasını xəstələndirməməyə çalışmaq. Qapalı yerlərdə (ictimai nəqliyyatda, sinif otaqlarında, auditoriyada, toplantılarda və s.) maska taxmaq, insanlarla məsafə saxlamaq. Əlləri istənilən təmasdan sonra dezinfeksiya etmək və ya tez-tez isti suda sabunla bir neçə dəfə yumaq tövsiyə olunur. Belə dövrlərdə sağlam qidalanma da çox önəmlidir. Özbaşına müalicə aparılmamalıdır.

– Virus infeksiyasında antibiotiklərin istifadəsinə münasibət son vaxtlar birmənalı deyil.

– Təəssüflər olsun ki, antibiotiklərin virusa heç bir təsiri yoxdur. Əksinə, antibiotiklərin yan təsirləri bu halda daha zərərli ola bilər. İnsanlar bəzən bunun fərqinə varmırlar. Antibiotiklər həm də bədəndə immun sistemin apardığı mübarizəni zəiflədir, orqan və toxumaları, qaraciyəri bu antibiotiklərin mübadiləsi üçün əlavə yükləyir.

Təəssüf ki, apteklərin özlərində müraciət edənlərə bəzən antibiotik tövsiyə olunur, çarəsiz insanlar bununla tora düşmüş olurlar. Özbaşına müalicə etmək olmaz. Çünki hər orqanizmin öz xüsusiyyətləri, yanaşı problemləri ola bilər. Özbaşına müalicə yeni problemlərə yol açmış ola bilir.

Hərarəti dərhal salmağa çalışmaq lazım deyil. Bu orqanizmin mübarizə reaksiyasının təzahürüdür. Yüksək hərarət zamanı, xüsusən temperatur 38,5 dərəcədən yuxarı olan zaman parasetamol həblərindən istifadə edilə bilər. Bir də ki, həkim təyinatı ilə immun sistemə təkan verə bilən terapiya aparılması məsləhətdir. Bu müalicə müxtəlif infuziyalar, vitamin terapiyası ola bilər. İntoksikasiya zamanı bədəndə ən çox sərf olunan, utilizasiya olunan vitamin Askorbin turşusu, yəni C vitaminidir. Bu vitamin yüksəkdozalı Vitamin C 7,5 q. 50 ml infuziya üçün məhlul şəklində istehsal olunur və aptek şəbəkələrində də satılır.

Hazırda respirator infeksiyaların tüğyan etdiyi bir zamanda yüksəkdozalı Vitamin C 7,5 q. 50 ml infuziya gündə 1 dəfə olmaqla 3 gün müddətində ambulator istifadəsi daha məqsədəuyğun hesab edilə bilər.

Məlumdur ki, Vitamin C antioksidant və immunomodulyator vasitə kimi orqanizmin immun sisteminin xəstəliklərlə mübarizəsində ciddi resurs yaradır. Bir tərəfdən antiviral təsiri, digər tərəfdən, immun hüceyrələrin viruslara hücumunun effektini artırması respirator xəstəliklərlə mübarizədə etibarlı seçim imkanı deməkdir. Belə ki, yüksəkdozalı vitamin infuziya virusların artıb çoxalmasını dayandırır, nəticədə orqanizmdə mümkün qədər az hüceyrələr viruslar tərəfindən zədələnir, sağalma və bərpa prosesləri sürətlənir.

Nəzərə almaq lazımdır ki, virus infeksiyaları bir sıra hallarda sağaldıqdan sonra belə orqanizmdə dərin izlər buraxır. Bu proseslər yenidən virusa yoluxmağa şərait yaradır, xəstələrdə uzun müddət öskürək, burun axması, halsızlıq müşahidə olunur.

Qeyd etmək yerinə düşərdi ki, yüksəkdozalı Vitamin C 7,5 q. 50 ml infuziya tək respirator virus infeksiyasında deyil, bir çox patoloji hallarda da faydalıdır. Belə ki, orqanizmdə lövbər salmış herpes viruslarında yüksəkdozalı həmin vitamin infuziya virusun replikasiyasını tezliklə dayandırır və zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir.

Bununla yanaşı, allergik və iltihabi proseslərdə güclü antioksidant xüsusiyyəti sayəsində orqanizmdə toplanmış sərbəst radikalları neytrallaşdırır, hüceyrə stresini azaldır, damar endotelinin funksiyasını qoruyur, immun cavabı modulyasiya edir və allergik həssaslıq simptomlarını azaldır, xroniki yorğunluğu aradan qaldırır.

Təcrübələr onu göstərir ki, vitamin, eyni zamanda, onkoloji xəstələrin kombinə olunmuş müalicəsində və sonrakı reabilitasiyasında immun sistemə dəstək baxımından da faydalıdır.

Z.BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see167

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see160

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri