Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun hekayəsi VİDEO

Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun hekayəsi VİDEO

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Tribunainfo.az Polşada yaşayan istedadlı müğənni Sərxan Cəfərovun anası ilə müsahibəni təqdim edir:

– Sərxan Cəfərov kimdir?

– Sərxan Cəfərov 1997-ci ildə, Masallı şəhərində anadan olub. 2015-ci ildə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin vokal ifaçılığı ixtisasını bitirib. İncəsənət məktəbində oxuduğu müddətdə, ilk dəfə 2013-cü ildə, 15 yaşında və daha sonra 16 və 17 yaşlarında bir neçə televiziya yarışmasına və proqramına qatılıb. 2014-cü ildə ilk dəfə “Böyük Səhnə” televiziya yarışması vasitəsilə Avroviziya milli seçimlərində iştirak edib. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada İfaçılığı” ixtisasına qəbul olub.

Universitetdə oxuduğu müddət ərzində müəlliməsi, əməkdar artist və prezident mükafatçısı İnarə Babayevanın rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasının “Odlar Ölkəsi” layihəsi nəzdində, AzTV və Mədəniyyət TV-na məxsus Televiziya layihələrində və konsertlərdə solist kimi çıxış edib.Eyni zamanda yerli və xarici ifaçıların mahnılarını “cover” edərək, yeni nəfəs verən Sərxana, “cover” etdikləri mahnılara görə yerli və xarici ifaçılardan müsbət rəylər gəlib. 2019-cu ildə son “cover”dən sonra Sərxan rəsmi olaraq İctimai Televiziya tərəfindən Avroviziya milli seçimlərinə dəvət alan 15 namizəd arasında olub. 2019-cu ildə Bakıdan Polşaya köçən Sərxan, magistratura təhsilini Lodz Dövlət Universitetinin Politikal Əlaqələr ixtisasına qəbul olmuş və “Musiqinin Politikada Rolu” mövzusunda diplom işi ilə universiteti bitirmişdir. Hal-hazırda Polşada yaşayan Sərxan, 2020-ci ildə ilk sinqlı olan “Tell Me”, 2023-cü ildə “Until The Edge”, 2025-ci ildə “Till the Dawn” və “Sweet Dreams” mahnılarını ərsəyə gətirib. Hal-hazırda yeni mahnı və “cover”lər üzərində çalışır.

– Onun musiqiyə olan həvəsini, istedadını necə kəşf etdiniz?

– Sərxanın uşaqlıqdan musiqiyə, incəsənətə çox həvəsi olub. Demək olar ki, körpəlikdən – 1-2 yaşından etibarən, ritmlər tutmağa başlayıb. Hətta rəsm çəkməyə də marağı olub. Bütün musiqi alətləri var idi. Mən özüm tibb sahəsində çalışıram. İstəyirdim ki, oğlum da tibb sahəsində oxusun. Mənimlə klinikaya gələndə, baş həkim olmaq istədiyini bildirirdi. Amma özü də hiss etdi ki, həvəsi musiqi sahəsinədir. “Mən müğənni olacağam”, – deyəndə, məni də gülmək tutmuşdu. Mən Sərxanın səsini yoxlatdım.

Vokal müəlliməsi bildirdi ki, yaxşı səsi var. Daha sonra Sərxan vokal dərslərinə başladı. Azərbaycanda hələ uşaq yaşlarından etibarən yarışmalarda iştirak edib. O vaxtlar Azərbaycanda rəqs qrupu ilə oxumaq, oynamaq, performans göstərmək yox idi. Sərxanın juriləri onu çox dəstəkləyirdi. Onun gələcəkdə irəli gedəcəyini vurğulayırdılar. Juriləri Faiq Ağayev, Lalə Məmmədova, Natavan Həbibi, Kamran Həsənli Sərxanı çox bəyənirdilər.

Ölkəmizdə müğənnilər daha çox toylarla məşhurlaşdığı üçün Sərxan bu mövzuda bir az sındı, vətəndən uzaqlaşdı. Həm təhsil almaq, həm də irəli getmək məqsədilə xarici seçdi. Təhsilini artıq bitirib. Orada qalıb inkişaf etmək istəyir. Orada oxuya-oxuya Həm də İT üzrə çalışmağa başladı. Musiqi üzrə hələ ki, bir qazancı yoxdur. Hazırda, yeni klipində ifa etdiyi mahnının sözləri, bəstəsi də özünə aiddir. Klipi isə Portuqaliyanın Madeyra adasında, okeanın ortasında çəkilib. Bu klipi 3 ölkədə əziyyət çəkə-çəkə ərsəyə gətirib. Öz ölkəsində sözlərini yazıb, başqa ölkədə səs yazma və aranjemanı edib.

– Bu istedad genetikdirmi? Nəslinizdə musiqiçi olubmu?

– Atam müəllim idi. Amma tarda da ifa edirdi. Qardaşım qarmon çalırdı. Anamın da səsi olub. Əmim oğlu mühəndis olmağına baxmayaraq həm də müğənni idi. Atam çox istəyirdi ki, ailəmizdə kimsə müğənni olsun. Sərxanın bu seçiminə çox sevinirdi. Yarışmalarda çıxışlarını həvəslə izləyirdi. Hamı onun uğuruna çox sevinirdi. Anam həmişə yanımızda olub. Bir xalam da var, o da hər zaman dəstək olurdu. Ancaq ən çox, maddi-mənəvi mən dəstək olmuşam.

– Gələcəkdə öz ölkəsinə dönməyi, musiqini burada davam etdirməyi düşünürmü?

– Yüksəlsə, öz ölkəsinə də dönə bilər. O, sənətində inkişaf etməyi hədəfləyib. Burada gözəl şansı olarsa, niyə də yox. Ora da gedər, burada da inkişaf edər.

– Daha çox xarici ifalar səsləndirir, sözlərini də özü yazır. Bəs, Polşada Azərbaycan musiqisini təmsil edirmi?

– Bəli, Polşada “Kula” mahnısı var. Avroviziyada haçansa bu mahnı ifa olunmuşdu. Sərxan bu mahnını Azərbaycan dilinə tərcümə etdi. Həmin “Dinlə” adlı tərcümə edilmiş mahnını Polşada yazdırıb “cover” edib. Həmçinin Polşada universitetdə oxuduğu vaxtlarda, dekanlıq və rektor bildi ki, Sərxan müğənnidir. Dekanlıq universitetdə oxuyan bütün tələbələrin mail adresinə mesaj göndərdi ki, Sərxanın konserti təşkil ediləcək və bütün tələbələr orada olsun. Həmin universitetdə də dünyanın bütün ölkələrindən gəlib təhsil alan tələbələr var. Universitet Sərxan üçün belə bir konsert təşkil etmişdi. Məndə həmin konsertdən görüntülər var. Lakin Sərxan o qədər təvazökar insandır ki, YouTube kanalına da yerləşdirmir. “Zamanı gələndə özü çıxacaq meydana”, – deyir. Hazırda Azərbaycan mahnısı yazmağı da düşünür. Klassik mahnılarımızdan, Rəşid Behbudovdan, Poland Bülbüloğlundan, səviyyəli sənətkarların mahnılarını ifa edib.
Sərxanın Azərbaycanda qatıldığı ilk yarışma “Sehirli pərdə” yarışması olub. Orada münsif Kamran Həsənli Sərxanı seçmişdi. Sərxan bu yarışmada “Əziz ana” mahnısını ifa etmişdi. Həmin vaxt onun gözləri məni axtarırdı. Sevincini gözləri ilə mənə baxaraq bölüşdü. Bu görüntülər də var. Sadəcə, hələ ki, gizlədir.

Söhbətləşdi: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri