Icma.az
close
up
RU
Avropadakı enerji böhranı qitə dövlətlərinin diqqətini Azərbaycana fokuslamağa vadar edir Deputat

Avropadakı enerji böhranı qitə dövlətlərinin diqqətini Azərbaycana fokuslamağa vadar edir Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan - İtaliya münasibətləri strateji tərəfdaşlığın parlaq nümunələrindən biridir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, rəsmi Bakı və Roma arasında diplomatik əlaqələr bu gün siyasi, iqtisadi, enerji, təhsil, hərbi və mədəniyyət kimi aparıcı sahələri əhatə edən çoxşaxəli faydalı əməkdaşlığa çevrilib:

"Tarixi köklərə söykənən dostluq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf edən münasibətlərimiz sevindirici haldır ki, öz müsbət təsirini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əks etdirir. Bu mənada, İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfərə gəlməsi ikitərəfli əlaqələrimizin inkişafı baxımından olduqca əhəmiyyətli hadisədir. Liderlərin mətbuat konfransında səsləndirdiyi fikirlər Bakı və Roma arasında münasibətlər inkişafı çərçivəsində hər kəsdə aydın fikir formalaşdırır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik".  Təsadüfi deyil ki, bu gün Azərbaycan 14 ölkəyə mavi yanacaq ixrac edir və hər ötən gün bu sayı artmaqdadır. Ölkə rəhbərinin çıxışı zamanı səsləndirdiyi faktlar tərəfdaşlığımızın real məzmununu ehtiva edir".

Deputat əlavə etdi ki,  Azərbaycan özünün zəngin neft-qaz ehtiyatları və inkişaf etmiş enerji infrastrukturu ilə Avropanın enerji təminatında strateji mövqeyə malikdir.

"Xüsusilə, Trans - Adriatik Qaz Kəməri, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının İtaliya bazarına çatdırılması Avropa kontekstində enerji diversifikasiyasını təmin etməklə yanaşı, Bakı - Roma münasibətlərini də yeni mərhələyə yüksəldib. Bilindiyi kimi, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın stabil, dayanıqlı və təhlükəsiz enerji mənbələrinə ehtiyacı var. Avropa məkanında yaşanan enerji böhranı heç şübhəsiz ki, qitə dövlətlərinin diqqətini Azərbaycana fokuslamağa vadar edir. Rəsmi Romanın keçən müddət ərzində ölkəmizin potensialını və rolunu düzgün qiymətləndirməsi bu gün onları daha avantajlı mövqeyə yüksəldib. Məhz bu səbəbdən, Azərbaycan - İtaliya münasibətlərinin dinamikliyi gələcəyə hesablanmış uğurlu strateji baxışın təcəssümüdür", - deyə Günay Ağamalı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri