Avropadakı qarşılaşmalar vacibdi, çünki özümüzü göstərmək istəyirik Valdas Dambrauskas
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
"Xoş və çox həyəcanlıdı ki, yenidən Bolqarıstandayam və böyük ənənələri olan komanda ilə qarşılaşacağam".
"Football-plus.az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Bolqarıstanda "Levski"yə qarşı keçirəcəkləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəlki mətbuat konfransında deyib.
Litvalı mütəxəssis onları Sofiyadakı Georgi Asparuxov stadionunda gözləyən atmosferdən xəbərdar olduqlarını bildirib:
"Rəqib yüksəlişdədi, Portuqaliya "Braqa"sı və əvvəlki mərhələdəki oyunlarına baxmışıq. Ötən il "Levski" Bolqarıstan çempionatında ikinci yeri tutub. Lakin bizim də özünəməxsus xüsusiyyətlərimiz var və bu matçı yaxşı başa vurmağa çalışacağıq".
Dambrauskasın sözlərinə görə, hər iki komandanın əvvəlki nəticələri əhəmiyyət kəsb etmir:
"Bizim zəif və güclü tərəflərimiz var. Eyni şeylər rəqibə də aiddi. Əminəm ki, onlar da oyunlarımızı analiz edib. Bizim üçün Avropadakı qarşılaşmalar vacibdi, çünki özümüzü göstərmək istəyirik. Futbolçularımız uğura acdı".
"Sabah"ın baş məşqçisi "Levski"nin üstünlüklərinə də diqqət çəkib:
"Rəqib çox balanslaşdırılmış komandadı, oyunçularının nəyə qadir olduqlarını bilirik. Topa nəzərət, rəqibə pressinq etməyi bilirlər ki, bunlar vacibdi. Belə komandaya qarşı oynamaq bizim üçün böyük şərəfdi. Öz planımıza əməl etməliyik. Ümidvaram ki, bu, bizə uğur gətirəcək. İllər əvvəl burda olduğum vaxt pandemiya dövrü idi, stadionlar boş olurdu. Sabah dolu stadion önündə oynamaq mənim üçün şərəf olacaq".
Xatırladaq ki, oyun sabah saat 22.00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Avqust 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















