Icma.az
close
up
RU
Avropadan Rusiyaya zərbə: Kreml sanksiya məngənəsində

Avropadan Rusiyaya zərbə: Kreml sanksiya məngənəsində

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Neft və valyuta gəlirləri azalacaq: Avropa İttifaqı Rusiyaya zərbələri artırır

ABŞ Prezidenti Donald Trampın Kremlin Ukrayna ilə sülh danışıqlarına getməyəcəyi təqdirdə Rusiya ilə bağlı sərt qərarlar verəcəyi ilə bağlı verdiyi vədlər vəd olaraq qalsa da, anti-Rusiya sanksiyalarında növbəti addımı Avropa İttifaqı (Aİ) atıb.

İyulun 18-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib: "Aİ bu günə qədər Rusiyaya qarşı ən güclü sanksiya paketlərindən birini indicə təsdiqlədi. Biz Kremlin hərbi büdcəsini azaltmağa davam edirik".

Bu həqiqətən belədir?

Birincisi, Rusiya neftinin qiymətinin aşağı düşməsini qeyd edə bilərəm. Bu, olduqca əhəmiyyətli: bir barel üçün qiymətm 47,6 dollar olacaq. Yəni ki, bu, hazırda Rusiya neftinin satıldığı qiymətdən aşağıdır – hazırda bir barel üçün 55-56 dollar səviyyəsindədir.

Nəzərə alsaq ki, avropalılar Rusiya Federasiyasının “kölgə donanmasının” gəmilərinin “qara siyahı”sına 100-dən çox gəmi əlavə ediblər, eyni Yunanıstan və Malta (bir müddətdir ki, Aİ-nin 18-ci anti-Rusiya sanksiyaları paketi ilə razılaşmaq niyyətində deyildi) yalnız bu şərtlə neft daşıya biləcək.

Bu enerji sanksiyalarında daha bir vacib məqam Rusiya neftindən hazırlanan neft məhsullarının alınmasına qadağa qoyulmasıdır. Əslində bu, Hindistan və Türkiyədən müvafiq axınları məhdudlaşdıracaq və ya tamamilə bloklayacaq (sonuncu məhz bu qaydaya görə, ruslardan alışları əhəmiyyətli dərəcədə azaldacaq).

İkincisi, qeyd etmək lazımdır ki, Rusiya üçün vacib olan “Şimal axını” layihəsi – birinci və ikinci – həmişəlik bağlıdır. Yəni, Avropa bu axınlarla qaz almayacaq.

Maraqlıdır, Slovakiyanın faktiki vetosunu necə dəf edə bildilər? Xatırladım ki, bu ölkənin Baş naziri Robert Fiko paketin özünə deyil, Avropa Komissiyasının (AK) yaxın illərdə Rusiyanın enerji resurslarını almaqdan imtina etmək barədə əvvəlki qərarına etiraz edib. Nəhayət, o, AK prezidenti Ursula fon der Leyendən fövqəladə vəziyyət yaranarsa, Slovakiyanın Avropa büdcəsindən ayrılan dəstək vəsaitlərini alacağına dair yazılı təminat aldı.

Ümumiyyətlə, müraciətində dediyi kimi, altı dəfə bu paketi bloklayıb. Lakin o, növbəti bloklama ilə bağlı mövqeyini bildirəndə ona birbaşa bildirilib ki, problem olmayacaq.

Üçüncüsü, bu paketə bank qurumlarının maliyyələşdirilməsinin bloklanması da daxil edilməlidir. Bu, onların likvidliyini pisləşdirəcək.

Onu da xatırladaq ki, Aİ növbəti, 19-cu paketin hazırlandığını elan edib. Bu necə olacaq? İndi proqnoz verə bilmərik. Məsələn, Rusiya qazının alışını azaltmaq üçün geniş imkan var. Ondan imtina Rusiya büdcəsinə valyuta daxilolmalarının azalmasına səbəb olacaq. Ona görə də çox güman ki, növbəti sanksiyalar qazla bağlı olacaq.

Və hesab edirəm ki, Aİ ikinci dərəcəli sanksiyaları gücləndirəcək. 18-ci paketdə xüsusilə Çin bankları sanksiyalara məruz qalıb. Bu o deməkdir ki, gələcəkdə üçüncü ölkələrə qarşı məhdudiyyətlərin əhəmiyyətli dərəcədə genişlənməsi ola bilər.

Müəllif: İlya Nesxodovski – Ukraynalı iqtisadçı, ANTS şəbəkəsinin analitik şöbəsinin müdiri.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri