Icma.az
close
up
RU
Avropanı düyü və şokoladsız gələcək gözləyir

Avropanı düyü və şokoladsız gələcək gözləyir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 may, AZƏRTAC

Avropaya idxal olunan düyü, buğda, qarğıdalı, qəhvə, kakao və soya paxlasının 50 faizi iqlim dəyişikliyinə həssas, uyğunlaşma imkanları məhdud ölkələrdən idxal olunur. 50 milyard dollarlıq dövriyyəyə malik şokolad sənayesi isə xüsusilə risk altındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Foresight Transitions” konsaltinq şirkətinin, Avropa İqlim Fondu dəstəyi ilə hazırladığı yeni tədqiqat hesabatında deyilir.

Hesabatda bildirilir ki, Avropa İttifaqının əsas kənd təsərrüfatı məhsulları olan buğda, düyü, qarğıdalı, kakao, qəhvə və soya paxlası üzrə idxal təhlükəsizliyi iqlim dəyişikliyi və bu məhsulların gətirildiyi ölkələrdə bioloji müxtəlifliyin azalması səbəbindən ciddi təhlükə altındadır.

Sənəddə qeyd olunur ki, bu hesabat digər oxşar tədqiqatlardan fərqli olaraq, təkcə iqlim faktorlarını deyil, ətraf mühitin ümumi pisləşməsi və təbiətin tükənməsi kimi göstəriciləri də nəzərə alır. Bu isə kənd təsərrüfatı sistemlərinin kövrəkliyini və qlobal təchizat zəncirlərinin sabitliyini daha da zəiflədir.

Tədqiqatın əsas müəllifi Kamilla Hislop bildirib ki, hazırda biz ikili təhlükə ilə üz-üzəyik və bunun artıq iqtisadi və sosial nəticələri özünü göstərməyə başlayıb. İqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi yalnız istehsalçı ölkələrə deyil, həm də Avropadakı ərzaq məhsullarının mövcudluğu, qiyməti və keyfiyyətinə birbaşa təsir göstərir.

Tədqiqatda Avropa ərzaq və aqrar-sənaye sektorunun əsasını təşkil edən altı məhsul təhlil olunub: üç əsas kənd təsərrüfatı bitkisi (düyü, qarğıdalı və buğda) və üç əsas ticarət xammalı (kakao, qəhvə və soya paxlası). Bu məhsulların hər biri üzrə ekoloji riskin yüksək olduğu bildirilir.

Düyü ilə bağlı qeyd olunur ki, Avropanın illik 1,5 milyard avro dəyərindəki düyü idxalının üçdə birindən çoxu güclü yağışlar və uzunmüddətli quraqlıqlar kimi ekstremal hava hadisələri səbəbindən təhlükə altındadır. Bu risklər yalnız nəzəri deyil. 2024-cü ildə Britaniya və Fransada baş verən daşqınlar buğda istehsalını azaldıb, Şərqi Avropada istilik dalğaları qarğıdalı sahələrinə zərər verib, Qərbi Afrikada isə davamlı yağışlar nəticəsində əsas kakao istehsalçısı olan Kot-d’İvuar, Qana, Kamerun və Nigeriyada plantasiyalar məhv olub.

Qarğıdalı ilə bağlı Avropanın idxaldan asılılığı son 10 ildə iki dəfə artaraq ümumi tələbatın 10 faizindən 20 faizə yüksəlib. Bu artım əsasən daxili quraqlıqların təsiri ilə baş verib. Lakin bu idxalın 90 faizi iqlim riskləri yüksək və ya orta olan ölkələrdən həyata keçirilir, onun da 66 faizi bioloji müxtəlifliyin təhlükəli həddin altında olduğu regionlardan gəlir.

Hesabat müəllifləri bildirir ki, bu mənzərədən ən çox zərər görəcək sahə Avropanın 50 milyard avro illik dövriyyəli şokolad sənayesidir. Aİ-nin idxal etdiyi kakaonun 97 faizi iqlim riskləri yüksək və ya orta səviyyədə olan Afrika ölkələrindən gətirilir. Üstəlik, bu kakaonun 77 faizi bioloji müxtəlifliyin kritik həddin altına düşdüyü ərazilərdə yetişdirilir.

Kamilla Hislop bildirir ki, artıq Avropa İttifaqı kakaoya görə daha çox pul ödəməyə başlayıb. “Son bir ildə ümumi idxal dəyəri 41 faiz artıb. Bu artım yalnız kakaonun deyil, iqlim dəyişikliyi səbəbindən şəkərin qiymətinin də yüksəlməsi ilə bağlıdır. Bu isə həm istehsalçılar üçün ikili təhlükə, həm də Aİ üçün artan iqtisadi riskdir”, – deyə o bildirib.

Tədqiqat müəllifləri vəziyyətdən çıxış yolu kimi təchizatçı ölkələrin iqlim dəyişikliyinə dayanıqlığının artırılmasını, kiçik fermerlərin dəstəklənməsini, liman və nəqliyyat şəbəkələri kimi iqlimə həssas logistik infrastrukturun gücləndirilməsini və ekoloji riskləri nəzərə alan ticarət razılaşmalarının imzalanmasını təklif edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri