Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir

İsveçrədə buzlaqlar çökür: Avropanı yeni təhlükə gözləyir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Keçən həftə İsveçrənin Blatten kəndinə baş verən kütləvi buzlaq sürüşməsi nümayiş etdirir ki, dünyada ən sürətlə istiləşən qitə olan Avropa getdikcə daha təhlükəli bir yerə çevrilir.

Qaynarinfo "Euractiv"ə istinadən xəbər verir ki, dağıntının miqyası İsveçrə Alpları üçün misli görünməmişdir və bu, narahat edici bir tendensiyanın hissəsidir. Aprel 2024-cü ildə İtaliya sərhədinə yaxın Pits-Şerşen dağında baş verən oxşar sürüşmə təxminən eyni həcmdə qırıntı dağıdıb, baxmayaraq ki, daha az ziyanla. 2022-ci ildə İtaliyada Marmolada buzlağının sürüşməsi 11 nəfərin həyatına son qoyub.

"Avropa Alplarında potensial qeyri-sabitlik ehtimalı səbəbindən bir neçə sahə fəal nəzarət altındadır", deyə İsveçrə Federal Meşə, Qar və Landşaft Tədqiqat İnstitutunun (WSL) qonaq tədqiqatçısı Mixael Haas bildirib.

O bildirib ki, bu cür böyük hadisələrin tezliyinin artması gələcəkdə daha çox belə hadisə ilə üzləşəcəyimizə işarə edir: "Belə dağ və buzlaq sürüşmələri yalnız iqlim amilləri ilə baş verə bilməz. Uzunmüddətli geoloji hazırlıq tələb olunur".

Tədqiqatçılar qeyd edir ki, temperaturun artması yeraltı qatların əriməsində, daş sürüşmələrində və buzlağın irəliləməsinin sürətlənməsində əhəmiyyətli rol oynayıb. Haas daimi don torpağının əriməsi və buzlaqların geri çəkilməsini əsas sabitlik pozucu qüvvələr kimi göstərib.

"Bu, yüksək dağlıq ərazilərdə ümumi material sabitliyini pozur və buna görə də cari hadisədə əhəmiyyətli rol oynayıb", deyə alim bildirib.

Onun sözlərinə görə, Blatten kəndində baş verənə bənzər hadisələr nadir və istisna olsa da, Haas təhlükənin artdığı ilə bağlı xəbərdarlıq edib: "Vəziyyət düşündüyümüzdən daha sürətli pisləşmir. Lakin xəbərdarlıq və hazırlıq indi həlledici əhəmiyyət kəsb edir, xüsusən də Alplarda yaşayan və işləyənlər üçün".

Keçən il Avropa Ətraf Mühit Agentliyi xəbərdarlıq edib ki, Avropa digər bütün qitələrdən daha sürətlə istiləşir və artan iqlim risklərinə hazır deyil. Buzlaqların əriməsi heç də yerli problem deyil.

Qeyd olunur ki, yeni tədqiqat göstərir: ölkələr Paris Sazişinin istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə çatsalar belə, növbəti əsrlər ərzində dünya buzlaqlarının kütləsinin təxminən 47%-i itəcək. Lakin cari iqlim öhdəlikləri göstərir ki, dünya 2,7°C istiləşmə yolunda irəliləyir - bu ilin sonunda Braziliyada keçiriləcək COP30 sammitində liderlər öz məqsədlərini artırmasa.

Avropa Komissiyasının 2 iyulda 2040-cı ilə qədər istixana qazı emissiyalarının azaldılması ilə bağlı təklif təqdim etməsi və üzv dövlətləri artıq qaçılmaz hesab edilənə hazırlaşmağa çağırması gözlənilir. Avropa Komissiyasının nümayəndəsi deyib:

"Komissiyanın son milli enerji və iqlim planlarının qiymətləndirilməsində qeyd etdik ki, iqlim dəyişikliyinə davamlılıq və uyğunlaşma məsələlərinin həllində irəliləyiş qeyri-bərabərdir".

Rəsminin sözlərinə görə, bu səylərin genişləndirilməsi ən vacibdir. Avropanın iqlim dəyişikliyinə uyğunlaşma planının 2026-cı ildə təqdim edilməsi gözlənilir - üzvlər dövlətlərin hazırlıq və planlaşdırmada, habelə müntəzəm elmi əsaslı risk qiymətləndirmələri aparmasında dəstəklənməsi üçün.

Qeyd edək ki, 28 may tarixində Klyaynes Nestorn dağından düşən daşqın və daş sürüşmələrinin ağırlığı altında Birc buzlağı uçaraq İsveçrənin Vale bölgəsindəki Blatten kəndini dağıdıb. Bir neçə gün əvvəl təxminən 300 sakini təxliyə etmək mümkün olub ki, bu da böyük bir fəlakətin qarşısını alıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyun 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri