Icma.az
close
up
RU
Avropanı görən İvanın tərəddüdü müharibədən sonra milyonlarla hərbçi geri qayıtmayıb KONKRET

Avropanı görən İvanın tərəddüdü müharibədən sonra milyonlarla hərbçi geri qayıtmayıb KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nasizm üzərində qələbə inanılmaz baha başa gəlib – 26 milyon insanın həyatı, dağıdılmış şəhərlər, yandırılmış kəndlər. 1945-ci il mayın 9-da bayram atəşfəşanlığı başa çatdıqdan sonra qırmızı ordunun əksər əsgər və zabitləri yalnız bir şeyi arzulayıb – mümkün qədər tez evə qayıtmaq, həyat yoldaşlarını və analarını qucaqlamaq, övladlarını görmək. Lakin qərbə baxan və şərqi bir daha heç vaxt görmək istəməyənlər də az olmayıb. Onların dəqiq sayı hələ də tarixçilər arasında mübahisələr doğurur.
SSRİ hərbçiləri Almaniyanın təslim olmasından xeyli əvvəl, 1944-cü ilin yazında Avropa ərazisinə daxil olub. Qələbədən bir il əvvəl sovet əsgərləri həyatlarında heç vaxt görmədikləri mənzərələrlə qarşılaşıblar. Asfalt küçələr, səliqəli evlər, hər şeyin bol olduğu mağazalar, velosipedlər və patefonlar olan Avropa şəhərləri – bunlar Sovet İttifaqında əlçatmaz dəbdəbə sayılıb.

Müdafiə Nazirliyin mərkəzi arxivinin elmi əməkdaşı Yelena Kontsova Rusiya Elmlər Akademiyasının Tarixi İnstitutunun məcmuəsində dərc olunmuş işində diqqətçəkən bir hadisədən sitat gətirib. 119-cu qvardiya atıcı diviziyasının hərbi feldşeri Massnıy baş çavuş Lipovinlə söhbətində deyib: “Rumınlar necə yaşayırlar – hər şeyləri var, mədəniyyət var, amma mənim Penzadakı ailəm aclıq içində yaşayır”.

Bu, təkcə bir nəfərin fikri olmayıb. Hərbi senzura qırmızı ordu əsgərlərinin Rumıniyada və ya Macarıstanda qalmaq istəklərini açıq şəkildə ifadə etdikləri məktubları qeydə alıb. Onların sözlərinə görə, orada “yaşamaq daha asandır, burada daha çox mədəniyyət var və xalq daha yaxşıdır”.
Siyasi işçilər sovet əxlaqı baxımından “yanlış və zərərli” hesab edilən bu əhval-ruhiyyə ilə mübarizə aparmağa çalışıblar. Onlar əsgərlərə izah ediblər ki, Avropadakı rifah zəhmətkeş xalqın istismarı üzərində qurulub. Lakin sovet şəhərlərinin xarabalıqları ilə baxımlı Avropa kəndləri arasındakı fərq həddindən artıq aydın olub. “Bir çox insanın ac qaldığı” ölkəyə, dağıdılmış infrastruktura, ən zəruri şeylərin belə çatışmadığı həyata qayıtmaq heç də hamının istədiyi bir şey olmayıb.

Avropada qalmaq istəyənlərin dəqiq sayı müxtəlif mənbələrdə 212 min nəfərdən 1,7 milyon nəfərədək göstərilir. Bu qədər böyük fərqin səbəbi nədir? Əsas səbəb hesablama metodologiyasıdır.

1945-ci ilin qalibiyyətlə başa çatan may günlərində “fərarilik” hallarını dəqiq uçota almaq olduqca çətin olub. Hərbi hissələrdə bayram qarışıqlığı hökm sürüb. Əsgərlər qoşunların yerdəyişməsi zamanı sadəcə “itə”, eşelonlardan geri qala, azad edilmiş məhbuslar və köçkünlər kütləsinin içində itib-bata biliblər.
İtkilərin statistikası üzrə əsərləri ən nüfuzlu tədqiqatlardan hesab olunan hərbi tarixçi Qriqori Krivoşeyev Xalq Daxili İşlər Komissarlığının məlumatlarını təqdim edib: “1945-ci il iyulun 1-nə olan vəziyyətə görə hesabatlarda “eşelonlardan geri qalanlar, “fərarilər” kateqoriyası üzrə 212 400 nəfər qeyd olunub.

Digər mənbələr isə daha böyük rəqəmlər göstərib. Rusiya Müdafiə Nazirliyinin arxiv məlumatlarına görə, “fərarilər”in ümumi sayı təxminən 1,7 milyon nəfərə çatıb. Bundan əlavə, 1944-cü ilin sentyabrına qədər komissarlıq 1 210 224 nəfəri “xainlər” kateqoriyasına aid edib. Coğrafiyaçı və tarixçi Pavel Polyan 2001-ci ildə bildirib ki, repatriasiyaya 8,7 milyon sovet vətəndaşı məruz qalmalı olub.

Müharibədən sonra SSRİ hüdudlarından kənarda təxminən 5 milyon “köçkün şəxs” qalıb – müxtəlif səbəblərə görə vətənə qayıtmayan sovet vətəndaşları. Bunlar təkcə hərbçilər deyil, həmçinin qaçqınlar və kollaborasionistlər olub. 1980-ci illərin sonlarında Xalq Daxili İşlər Komissarlığının statistik hesabatlarına çıxış əldə etmiş tarixçi Viktor Zemskov Qərbdə qalan sovet vətəndaşlarının sayını 500 min nəfər göstərib.

“Fərarilik” faciəsi müharibədən sonrakı mürəkkəb tarixin çoxsaylı səhifələrindən yalnız biridir. Avropada qalanlar “rus mühacirətinin ikinci dalğası” adlandırılan qrupun əsasını təşkil ediblər. Onlar Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-də, Kanadada və Avstraliyada məskunlaşıblar. Onların çoxu istedadlı və savadlı insanlar – öz ölkələrinə fayda verə biləcək zabitlər, mühəndislər, həkimlər olub. Lakin onlar gördükləri ilə geridə qoyduqları arasında fərqi bildikləri üçün SSRİ-yə qayıtmaq istəməyiblər.

Digər tərəfdən, faşizm üzərində qələbə ölkə daxilindəki dərin sosial və psixoloji ziddiyyətləri də üzə çıxarıb. Avropadakı rifah ilə Sovet İttifaqındakı dağıntılar arasındakı kəskin fərq, repressiya qorxusu, kolxoz sistemindən narazılıq – bütün bunlar insanları düşünülmüş addım atmağa sövq edib. Onlar xain olduqları üçün “fərarilik” etməyiblər. Onlar daha gözəl və firavan həyat, zülm və əzabdan qurtulmaq üçün “fərarilik” ediblər.

Stalin haqqında məzəli aforizmlərdən biri məhz belə yanaıb: “Müharibədə Stalinin iki səhvi olub: 1. İvanı Avropaya göstərib; 2. Avropanı İvana göstərib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri