Icma.az
close
up
RU
Avropanın dəhşətli yuxusu gerçəkləşir?

Avropanın dəhşətli yuxusu gerçəkləşir?

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “NBC” telekanalının yaydığı məlumata əsasən, bu kontingent ABŞ-nin əvvəlki administrasiyası tərəfindən 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərilmiş 20 minə qədər şəxsi heyətdən ibarət qoşunların bir hissəsidir.
Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Avropada Amerika qoşunlarının qitədən çıxarıla bilməsi ilə bağlı narahatlıqlar artıb. Bu narahatlıqlar Trampın seçkiqabağı kampaniyası zamanı, habelə ilk prezidentlyi dövründə NATO üzrə müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiklərinə görə dəfələrlə tənqid etdiyi və Amerikanın Avropadakı hərbi mövcudluğunun nəzərdən keçirilməsinə eyham vurduğu ritorikasından irəli gəlir. Avropa liderləri və mediası bu ssenarini, xüsusən də mövcud geosiyasi gərginlik kontekstində aktiv şəkildə müzakirə edir.
“Avropa İttifaqı (Aİ) ABŞ-nin öz qoşunlarını Şərqi Avropadan, o cümlədən Baltikyanı ölkələr, Polşa və Rumıniya, eləcə də Kosovodan çıxara biləcəyindən ehtiyat edir. Bu, Trampın danışıqlarda Rusiyaya güzəştə gedə biləcəyi və bunun regionun potensial təhdidlərə qarşı həssaslığını artıracağı ilə bağlı fərziyyələrlə bağlıdır”, - Almaniyanın “Bild” qəzeti yazır.
Nəşrin fikrincə, belə addımlar 1997-ci ildən sonra alyansa qoşulan ölkələrdə NATO-nun mövcudluğunu azaltmaq üçün Moskvanın hələ 2021-ci ildə gündəməm gətirdiyi tələblərinin yerinə yetirilməsi kimi qəbul edilə bilər.
“Washington Post (WP)” qəzeti də ötən ay Tramp administrasiyasının 2022-ci ildə Co Baydenin qərarı ilə Avropaya yerləşdirilən təxminən 20 min ABŞ əsgərini geri çağırmağı düşündüyünü yazmışıd.
- Bu kontingent əksəriyyəti Almaniyada olan qitədə daim yerləşdirilmiş 63 min ABŞ əsgərinə əlavə olunub. Kontingentin ixtisarı NATO-nun müdafiə qabiliyyətini zəiflədə və Aİ-ni Rusiyaya qarşı təkbətək qoya bilər”, - nəşrə açıqlamalarında avropalı diplomatlar öz narahatlıqlarını gzilətməyiblər.
ABŞ-nin rekord hərbi büdcəsi – 1 trilyon dollar! “Financial Times (FT)” nəşri isə hələ fevral ayında Avropa ölkələrinin təkcə qoşunların çıxarılmasından deyil, həm də ABŞ-nin Avropa təhlükəsizliyinin əsas təminatçısı rolundan imtina edəcəyindən narahat olduqlarını bildirmişdi Bu, Aİ-ni öz müdafiə sistemini yaratmaq barədə düşünməyə vadar edir. Halbuki, ekspertlər Amerikanın dəstəyi olmadan Avropanın böyük hərbi vəzifələrin öhdəsindən gəlməsinin çətin olacağını vurğulayırlar.
"Tramp 35 min amerikalı əsgərin Almaniyadan Macarıstana köçürülməsi imkanlarını araşdırır ki, bu da ABŞ-nin strateji prioritetləri ilə bağlı suallar doğurur”, - bu ilin martında “The Telegraf” nəşri bildirmişdi.
Avropa ölkələrinin Polşa prezidenti Ancej Duda kimi liderləri ABŞ-nin “qoca qitə”də hərbi iştirakının davam etdirilməsi ilə bağlı təminat istəsələr də, Pentaqonun rəhbəri Pite Heqsetin Amerikanın Avropadakı mövcudluğunun daimi olmadığı barədə bəyanatları yalnız bu narahatlıqları daha da artırıb.
“BBC” və digər mənbələr qeyd edir ki, Aİ təkcə hərbi deyil, həm də transatlantik alyansın siyasi cəhətdən zəifləməsindən qorxur ki, bu da regionun bütün təhlükəsizlik sisteminə yenidən baxılmasına gətirib çıxara bilər.
Qeyd edək ki, ABŞ preizdenti Donald Trap Ağ Evin Amerikanın təxminən 1 trilyon dollarlıq hərbi büdcəsini təsdiqlədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri